Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçıb
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Leninqrad vilayətinin Dövlət Əmlakını İdarəetmə üzrə Federal Agentliyinin keçmiş sədr müavini Boris Avakyan Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinin binasından qaçıb.
Oxu.Az bu barədə "Forpost" nəşrinə istinadla xəbər verir.
İlkin məlumata görə, hərbi polis 43 yaşlı Ermənistan vətəndaşını gömrük ödənişlərindən yayınma işi üzrə ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu məhkəmə iclasına gətirib. Fasilə zamanı Avakyan siqaret çəkmək üçün icazə istəyib, küçəyə çıxıb və geri qayıtmayıb.
"47news" xəbər portalının məlumatına görə, qaçaq məmur Peterburqdakı Ermənistanın konsulluğu ərazisində gizlənə bilər.
Avakyanı 2016-cı ildə qaçaqmalçılıqda ittiham ediblər, sonradan o, ev həbsindən Parisə qaçıb.
İrəvanda Avakyan siyasi karyera qurub və hətta Rusiya vətəndaşlığından imtina edib. Lakin bir neçə ildən sonra o, yenidən Peterburqda peyda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Sentyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















