Ermənistan XİN də sülh müqaviləsinin mətninin təsdiqləndiyini təsdiqlədi
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin bütün bəndlərinin razılaşdırıldığını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, Ermənistan XİN sülh müqaviləsinin həll olunmamış iki bəndi ilə bağlı Azərbaycanın təkliflərini qəbul etdiyini diplomatik kanallar vasitəsilə Bakıya çatdırıb.
“Sülh müqaviləsi imzalanmağa hazırdır. Ermənistan sazişin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycanla məsləhətləşmələrə başlamağa hazırdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ölkənin XİN-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdığını açıqlayıb.

Sülh mətninin son iki bəndini razılaşdırmışıq Ermənistan TƏSDİQLƏDİ
13 Mart 2025 17:25
Ermənistan XİN: Azərbaycanla sülh sazişi mətninin son iki bəndini razılaşdırmışıq
13 Mart 2025 17:27
Ermənistan XİN təsdiqlədi: Mirzoyan Rusiyaya gedir
14 Yanvar 2025 19:37
Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq
07 Noyabr 2024 13:56
“Sülh müqaviləsinin bağlanması üçün Ermənistan...” VİDEO
06 Dekabr 2024 17:17
