Ermənistan XİN rəhbərinin müavini ABŞ konqresmenləri ilə görüşüb
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ABŞ konqresmenləri Frenk Pallone və Devid Valadao ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında məlumat yayıb.
“Mənim Ermənistan-ABŞ strateji tərəfdaşlığı məsələsini Konqresin erməni məsələləri üzrə komitəsinin həmsədrləri Frank Pallone və David Valadao ilə müzakirə etmək imkanım olub. Mən Ermənistana ikitərəfli dəstəyin davam etdirilməsinin vacibliyini vurğuladım”,- deyə Kostanyan bildirib.
Məlumata görə, görüşdə Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts da iştirak edib.
Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















