Icma.az
close
up
RU
Ermənistan yeni müharibəyə HAZIRLAŞIR?

Ermənistan yeni müharibəyə HAZIRLAŞIR?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Hindistan və Fransanın birgə istehsalı olan “Trajan” haubitsalarını almaq istəyir.
Məlumata görə, Hindistan və Fransanın birgə istehsalı olan əsas müdafiə sistemi üçüncü ölkədən ixrac sifarişi alıb ki, bu da birgə inkişaf potensialını və aşağı qiymətə və sadəcə Hindistan istehsalı olduğunu nümayiş etdirir.
Qeyd edilib ki, çatdırılmalar yaxın aylarda həyata keçiriləcək.
Ermənistan həmçinin Hindistandan “Pinaka” çoxbarrelli raket buraxılış sistemləri və “Akaş” hava hücumundan müdafiə sistemləri alır.
Ermənistanın bu cür addımlarına davam etdirməsi bir daha göstərir ki, İrəvan sülhün əldə edilməsi deyil, əksinə bölgədə gərginliyin qalmasında maraqlı olmaqda davam edir. Bu da Ermənistanın müharibə ritorikasından əl çəkmədiyinə işarədir.
Ermənistan növbəti müharibəyə hazırlaşır? 
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, Ermənistan silahlanmadan, revanşist mövqeyindən imtina etmək niyyətində deyil:
“44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı ilə darmadağın edilən Ermənistan nəticə çıxarmayıb. 2024-cü ilin aprelində ABŞ dövlət katibi və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Ermənistanla birgə görüşü və İrəvana hərtərəfli yardım göstərməklə bağlı saziş imzalamaları ciddi məqamlardan xəbər verdi. Həmin andan bu addımın İrəvanın Rusiya qoparılaraq Qərbin yanına aparılacağı kimi izahlarla razı olmadığımı bəyan etdim. Bu sazişin Ermənistanı silahlandırmaq, gücləndirmək və Azərbaycana qarşı güc nümayiş etdirmək səviyyəsinə qaldırılacağını önə çəkdim. Keçən zaman kəsiyində bütün bunlar özünü doğrultdu.
Ermənistan, Fransa, ABŞ, Aİ tərəfindən dəstəkləndi və o artıq sürətlə silahlanmaya start verdi. Fransa, Hindistan, ABŞ, İran, Yunanıstan Ermənistanı silahlandırır”.
F.Ağamalı qeyd edir ki, bu silahlar Azərbaycana qarşı yönələcək:
“Rusiya və İrana qarşı yönəlməyəcək. Ola bilsin, Gürcüstana qarşı yönəlsin, çünki İrəvanın Tiflisə qarşı da ərazi iddiası var. Bu silahlar Azərbaycana qarşı yönələcək. Deməli, Ermənistan yeni müharibəyə hazırlaşır. Müharibə ilə məğlub olmuş ölkə sindromundan çıxmaq, hər hansı kiçik də olsa, qələbəyə nail olmağı düşünür. İrəvan aldığı bu silahların guya müdafiə xarakteri daşıdığını deyərək, özlərinə haqq qazandırmağa çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində Ermənistan və onu silahlandıran qüvvələrə son xəbərdarlığını etdi. Onun söylədiyi fikirlərin açılımı odur ki, Ermənistan silahlanmanı dayandırmasa, bu istiqamətdə imzalanan sazişlər ləğv edilməsə, silahlar geri qaytarılmasa, bu halda həmin silahlar Azərbaycan silahlı qüvvələri üçün legitim hədəf olacaq.
Azərbaycan dövləti vandal ermənilər tərəfindən azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin yenidən dağıdılmasına birmənalı olaraq imkan verməyəcək”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri