Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmır Uraloğlu
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ermənistan Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinə qarşı çıxmır.
Modern.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir vurğulayıb ki, Türkiyə–Ermənistan münasibətlərində irəliləyiş ilk növbədə İrəvanla Bakı arasında razılaşmanın əldə olunmasından asılıdır.
Uraloğlu qeyd edib ki, o, həm Ermənistanın sabiq, həm də hazırkı nəqliyyat nazirləri ilə danışıqlar aparıb və bu görüşlər zamanı Ermənistanın dəhliz layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına dair təminatlar alıb.
“Əvvəlcə Azərbaycan və Ermənistan danışıqlar masasına əyləşməli və razılığa gəlməlidirlər. Bundan sonra Türkiyə Ermənistanla bağlı addımları mehriban qonşuluq münasibətləri çərçivəsində ata bilər. Bu, eyni zamanda Prezidentimizin mövqeyidir”,- deyə nazir bildirib.
Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi vurğulayıb:
“Bu marşrut bizim üçün çox böyük dəyərə malikdir. O, eyni zamanda Türk dünyası və türk dövlətləri ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















