Icma.az
close
up
RU
Ermənistan Zəngəzurla bağlı konkret addımlar atmaq istəmir AÇIQLAMA

Ermənistan Zəngəzurla bağlı konkret addımlar atmaq istəmir AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Zəngəzur dəhlizinin açılması ilə bağlı hər şey Ermənistandan asılı olacaq”.

Bunu hərbi ekspert Üzeyir Cəfərov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ötən həftənin sonunda baş nazir Nikol Paşinyanın Meğriyə səfər etdiyini xatırladan Üzeyir Cəfərlinin sözlərinə görə, daha çox iqtisadi məsələlər müzakirə olunsa da, erməni sosial media seqmentində ordunun 500 metr geri çəkilməsi kimi məsələlər müzakirə olunur. Amma bir çox məsələlər hələ həllini tapmayıb.

Ekspert bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konkret, praktiki addımlar atmaq istəmir:

"Meğridə sovet zamanı stansiyalar var idi, siqnalizasiya xətləri vardı, elektrikləşmə ilə bağlı işlər görülmüşdü. Yəni texniki məsələlər qaydasında idi. Amma işğal dövründə Ermənstan həmin infrastrukturu məhv etdi. İndi həmin infrastrukturu yenidən qurmaq, bərpa etmək üçün vaxt istəyirlər. Ancaq zaman gözləmir. Azərbaycan dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Həm dövlət başçıları səviyyəsində, həm də ikitərəfli komissiyalar çərçivəsində öz fikrimizi aydın bəyan etmişdik. Ermənistan isə yenə vaxt uzatmaqla məşğuldur. Halbuki, Azərbaycan bu gün çox rahat şəkildə hərbi gücdən istifadə etməklə Zəngəzur dəhlizini açmaq imkanındadır. Ermənistanın buna müqavimət imkanları da yoxdur. Amma Azərbaycan bunu istəmir”.

Üzeyir Cəfərov: Görünən odur ki, sülh prosesini revanşistlər pozmaq istəyirlər

Müsahibimiz qeyd edib ki, hazırda Ermənistanla sülh gündəliyini müzakirə edirik. Cənubi Qafqaz ölkələri normal şərait yaşamalı, bir-biri ilə əməkdaşlıq etməli, normal qonşuluq münasibətləri olmalıdır. Onun sözlərinə görə, görünən odur ki, sülh prosesini revanşistlər pozmaq istəyirlər. Ermənistan özü də silahlanır. Bu, təkcə Ermənistanla bağlı məsələ də deyil. Kənar oyunçular da İrəvanı bu yola sövq edirlər.

Ü.Cəfərov vurğulayıb ki, mart ayında tərəflər arasında sülh sazişinin mətnində yer alan 17 bənd üzrə razılıq əldə olunsa da, Azərbaycanın iki mühüm şərti hələ də yerinə yetirilməyib:

"Əsas şərtlərimiz - Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Paşinyan parlamentdə sonuncu çıxışı zamanı belə bir fikir səsləndirdi ki, yeni Konstitusiyada Ermənistanın Müstəqillik Aktına istinad edilməməlidir. Paşinyanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan da maraqlı açıqlamalar verdi. Dedi ki, əvvəl tərəflər arasında sülh sənədi imzalansın, sonra digər məsələlərə baxılsın. Sözsüz ki, Azərbaycan tərəfi Ermənistanın qeyri-ciddi bəyanlarına müsbət yanaşmayacaq. Şərtlərimiz qüvvədə qalır".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri