Icma.az
close
up
RU
Ermənistana böyük müharibəyə sürüklənir Analitik

Ermənistana böyük müharibəyə sürüklənir Analitik

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bu ölkəyə göstərilən hərbi dəstək yalnız lokal münaqişəyə deyil,  eyni zamanda qlobal güc balansının dəyişdirilməsi  cəhdi kimi də qiymətləndirilməlidir


İkinci Qarabağ Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə fonunda Cənubi Qafqazda geosiyasi konfiqurasiyada köklü dəyişikliklər baş verib. Rəsmi Bakı regional liderliyini rəsmiləşdirməklə yanaşı xarici siyasət strategiyasında narrativləri yenilətib. Bu isə bölgədə maraqları olan qüvvələri ciddi şəkildə narahat etməyə başlayıb.

 Ermənistanın silahlandırılmasını qlobal müstəvidə davam edən geopolitik mübarizənin bir komponenti kimi dəyərləndirsək, fərqli maraqların bir ölkə üzərində cəmləşdiyini görə bilərik.


Bu mövzuyla bağlı fikirlərini "Sherg.az”la bölüşən siyasi şərhçi Pərviz Mirizadə də hesab edir ki, Ermənistan revanşist meyllər əhatəsində yenidən hərbiləşdirilir və Azərbaycanla növbəti hərbi qarşıdurmaya hazırlaşdırılır: 


"Cənubi Qafqazda münaqişənin davam etməsi ABŞ, Fransa, Aİ kimi  güclərin maraq dairəsindədir və bununla onlar Azərbaycana qarşı təsir rıçaqlarını hər daim əllərində saxlamağı hədəfləyirlər.  

Ermənistan tərəfi də eyni rasional yanaşma ilə münaqişəsinin davam etməsində maraqlıdır. Baş nazir Nikol Paşinyanın sülh istiqamətində nikbin fikirləri əməli addımlarla üst-üstə düşmür. Rəsmi İrəvanın sürətlə silahlanması və hələ də bu ölkənin konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması iki ölkə arasında sülhün  qarşısında ən böyük əngəl olaraq qalmaqdadır. 

Fransa, ABŞ, Hindistan, Aİ, Yunanıstan kimi dövlətlərin Ermənistana verdiyi hərbi dəstək Cənubi Qafqazda balanssızlıq yaradır və regional təhlükəsizliyi daha da gərginləşdirir.

Bölgədə geosiyasi maraqların toqquşduğu bir dövrdə Ermənistana göstərilən hərbi dəstək yalnız lokal münaqişəyə deyil,  eyni zamanda qlobal güc balansının dəyişdirilməsi  cəhdi kimi də qiymətləndirilməlidir".


P. Mirizadənin sözlərinə görə,  Fransa Ermənistandan plasdarm kimi istifadə etməklə Afrikada itirdiyi nüfuzunu bizim bölgə hesabına konpensasiya etmək istəyir. Eyni zamanda regiondan keçən dəhlizlər üzərində nəzarət  funksiyasını həyata keçirməyə çalışır: 

"Bu yanaşma Ermənistanı militaristləşdirmə meylləri kontekstində baş verdiyi üçün tərəflər arasında kövrək sülhə təhdid yaradır.

ABŞ daha böyük planlar fonunda Rusiya ilə geosiyasi güc rəqabətini Cənubi Qafqaz cəbhəsini açmaqla fərqli müstəviyə daşımağı hədəfləyir. Ağ Evin İrəvana hərbi dəstəyi Rusiyanın Ermənistandan sıxışdırıb çıxarmağa və bu ölkənin Azərbaycanla güc balansını eyniləşdirməyə hesablanıb. Bununla yanaşı Türkiyə və Azərbaycan faktorunun regionda söz sahibi olması Vaşinqtonun maraqları ilə uzlaşmır. Hindistan isə daha fərqli yanaşmalarla Ermənistanın silahlandırılmasında aktiv rol oynayır. Fransa, ABŞ və digər ölkələr prosesdə iqtisadi mənfəət hesabları aparmasalar da, Yeni Dehli silah satışı hesabına həm öz büdcəsini artırır, həm də silah bazarında mövqeyini gücləndirməyə çalışır. Prosesin məntiqi təkcə bununla yekunlaşmır. Modi hökuməti Pakistan və Türkiyəyə  qarşı Azərbaycan və Ermənistan münaqişəsi kontekstində geopolitik balans yaratmağa çalışır.

Proseslərə bizim rakursdan baxarsaq Ermənistanın davranışları birmənalı olaraq sözügedən ölkənin zərərinədir. Azərbaycanla güc balansını eyniləşdirmək və növbəti müharibəyə cəhd etmək Hayastanın dövlət olaraq varlığını sual altına qoyur. Çünki Azərbaycan ordusu da müharibədən sonra müasir döyüş metodikasına əsaslanaraq yeni yanaşmaların tətbiqini həyata keçirdi və silahlanma istiqamətində əhəmiyyətli addımlar atıldı. Azərbaycanın qətiyyətli mövqeyi və hərbi gücü istənilən təhdidi neytrallaşdırmaq iqtidarındadır.  Nikol Paşinyan və komandası reallıqları hər nə qədər tez dərk etsə, həm region üçün, həmdə öz xalqı üçün faydalı olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri