Icma.az
close
up
RU
Ermənistana neft göndərilməsi sülhü yaxınlaşıdrma tədbirləridir AÇIQLAMA

Ermənistana neft göndərilməsi sülhü yaxınlaşıdrma tədbirləridir AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın Ermənistana ilk dəfə neft ixracını Gürcüstan üzərindən etməsi ticarətdən daha çox etimad quruculuğu prosesidir. Bir müddət əvvəl Rusiyadan və Qazaxıstandan gələn buğda-taxıl yükü də Azərbaycan üzərindən keçərək Ermənistana getmişdi. Bu, daha çox etimad qurma məsələsi və sülhü yaxınlaşdırma tədbirləridir".

Bu fikirləri Redaktor.az-a iqtisadçı Xalid Kərimli Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükündən və Gürcüstanın məsələdəki rolundan danışarkən bildirdi.

"Sülh sazişi imzalandıqdan və TRİPP marşrutu açıldıqdan sonra bu marşrut vasitəsilə yük və enerji ötürmələrinin, enerji göndərişlərinin həcminin artması real ssenaridir. Azərbaycanın bu prosesdə əsas məqsədi təkcə Naxçıvanın blokadadan çıxarılması deyil, həm də bu TRİPP marşrutunun effektiv dəhlizə çevrilməsidir. Azərbaycan TRİPP marşrutunda çəkiləcək dəmir yolu xətti ilə ildə 10 milyon ton yük ötürməsini planlaşdırır. TRİPP marşrutu dörd fəsildə işləyə biləcək, daha qısa məsafəli və daha effektiv marşrut xətti hesab olunur və dəhliz olaraq effektiv işləyəcəyi gözlənilir", - deyə o, qeyd etdi. 

Müsahibimizin sözlərinə görə, TRİPP marşrutunun ortaya çıxmasından bəlkə də ən çox qıcıqlanan ölkələr texniki olaraq Gürcüstan və İrandır:

"Amma Gürcüstan bu prosesdə yeni mövqelərə keçə bilər. Deyə bilmərik ki, TRİPP layihəsi Gürcüstanı uduzduracaq, amma strateji əhəmiyyəti Azərbaycan üçün bir qədər aşağı düşəcək. Yenə də Gürcüstan Azərbaycan üçün əsas enerji və nəqliyyat dəhlizi olaraq qalacaq. Çünki biz Azərbaycan-Ermənistan münasibətlərini yeni-yeni qururuq, kövrək addımlar atırıq. Bu baxımdan Gürcüstan yenə də əsas dəhliz və körpü olaraq qalacaq. Azərbaycan-Gürcüstan enerji əməkdaşlığı, ümumiyyətlə, dəhliz kimi əhəmiyyətini saxlayacaq. Çünki neft-qaz boru xətləri Gürcüstandan keçir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri