Ermənistana silah daşınır MN narahatdır, çağırış etdi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər Ermənistana xüsusilə Hindistandan müxtəlif növ hərbi texnikanın tədarükü və yeni hərbi müqavilələrlə bağlı yayılan məlumat və görüntülər Ermənistan Müdafiə Nazirliyini narahat edib.
Axar.az xəbər verir ki, Ermənistan MN medianı “silahlı qüvvələrinin müdafiə qabiliyyətinin genişləndirilməsi məqsədilə silahların alınması, eləcə də satınalma danışıqlarının təfərrüatı ilə bağlı həqiqətə uyğun olmayan” materialların yayımlanmasından çəkinməyə çağırıb.
“Müdafiə Nazirliyi informasiya təhlükəsizliyini qorumaq məqsədilə bir daha bu cür materialları dərc etməzdən əvvəl Müdafiə Nazirliyi ilə müvafiq dəqiqləşdirmə və düzəlişlər etməyə çağırır”, - bəyanatda bildirilib.
Qeyd edək ki, sonuncu dəfə 21 noyabrda Ermənistanın Hindistandan daha 78 ədəd ATAGS haubitsaları alması üçün danışıqlar aparıldığı barədə Hindistan mediası məlumat yaymışd.
Ermənistan bundan öncə 6 ədəd ATAGS tədarük edib və sınaqlardan keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 24 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















