Icma.az
close
up
RU
Ermənistana silah satan Hindistan Azərbaycandan NİYƏ İNCİYİB?

Ermənistana silah satan Hindistan Azərbaycandan NİYƏ İNCİYİB?

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanlı bloqer və siyasətçilər ölkə vətəndaşlarını Azərbaycana səfər etməməyə çağırırlar. Onlar "X" sosial şəbəkəsi üzərindən "Boycot Azerbaijan" kampaniyası başladıblar.

Buna səbəb Hindistanın Pakistana hücumu zamanı Azərbaycanın Pakistana dəstək nümayiş etdirməsidir.

Bəs görəsən, Vətən müharibəsində Pakistanın Azərbaycana siyasi dəstək verdiyi bir mərhələdə Ermənistana silah satan və hələ də satmaqda davam edən Hindistanın Azərbaycandan gözləntisi nə idi?

Politoloq Natiq Miri mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Azərbaycanın bu məsələdəki mövqeyi hüquq və ədalətə əsaslanır:

"Pakistan hər zaman Azərbaycanın yanında olan bir dövlətdir. Amma Azərbaycan Pakistanı müdafiə etmir, ədalətin tərəfində dayanır, beynəlxalq hüququ əsas tutaraq hadisəyə obyektiv yanaşır".

N.Miri vurğulayıb ki, baş verən terror hadisəsi süni şəkildə yaradılmış təxribatın nəticəsidir və arxasında qlobal güclər dayanır:

"Hindistanın bu hadisədən istifadə edərək Azərbaycana qarşı kampaniya aparması - arxasında geosiyasi maraqlar olan böyük bir oyundur. Bu hadisə ABŞ və Çin qarşıdurması fonunda regionda sabitliyi pozmağa yönəlib. Azərbaycan isə bu təxribatı doğru təhlil edərək ədalətli mövqe nümayiş etdirib".

Natiq Miri hesab edir ki, Pakistan ərazisində törədilmiş terror aktı İslamabad üçün heç bir məntiqi maraq kəsb etmir və bu hadisəni törədən qüvvələr beynəlxalq şəbəkələrdən təlimat alıblar:

"Turistlərə qarşı həyata keçirilən silahlı hücumun Pakistanın maraqlarına xidmət etməsi mümkün deyil. Bu, müəyyən qlobal şəbəkələrin sifarişi ilə həyata keçirilmiş terror aktıdır. Əsl məqsəd Hindistanda daxili problemlərdən diqqəti yayındırmaq və hərbi əməliyyatlar üçün bəhanə yaratmaqdır".

Politoloq Hindistanın bu məsələdə birtərəfli qaydada hərəkət etməsinin qarşılıqlı iqtisadi əlaqələrə də mənfi təsir göstərə biləcəyini vurğulayıb:

"Hindistan məhsullarının Azərbaycanda alınmamasına dair sosial kampaniya başlatmaq lazımdır. Əgər bu kampaniya genişlənərsə, Hindistanla ticarət əlaqələrinin tamamilə dayandırılması məsələsinə də baxıla bilər. Çünki bu gün Azərbaycan-Hindistan ticarət balansı Hindistanın xeyrinədir".

Sonda o əlavə edib ki, Hindistan bu cür birtərəfli davranışla həm Azərbaycanla, həm də regiondakı digər dost ölkələrlə münasibətlərini risk altına atır:

"Azərbaycan tək deyil. Əgər proses ciddiləşərsə, bu məsələ sabah Türkiyə də daxil olmaqla, digər dost dövlətlərin reaksiyasına səbəb olacaq. Hindistan anlamalıdır ki, qarşısında güclü və prinsipial bir Azərbaycan dövləti var".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri