Icma.az
close
up
RU
Ermənistana təzyiq göstərin! İcmadan çağırış

Ermənistana təzyiq göstərin! İcmadan çağırış

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq.

Modern.az xəbər verir ki, bu tələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir:

“8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış zəfər, beynəlxalq hüququn aliliyini təmin edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirmiş, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb. İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub.

Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və vətənə bağlılığının göstəricisidir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad edir və sağlamlığını itirənlərə şəfa diləyirik”.

Bəyanatda qeyd olunur ki, ərazilərimizin Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ədalətə inamımızı gücləndirib: “Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onun uğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə və inamla öz doğma evlərimizə təhlükəsiz şəkildə,ləyaqətlə və sülh yolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq.

Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlik şəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün daha möhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldə olunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.

Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görə məsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinə hələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasından ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan, genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimi destruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şərait yaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizim mübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımıza qayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruri addımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri