Icma.az
close
up
RU
Ermənistanda 2026 cı il seçkiləri qalmaqallı olacaq RƏY

Ermənistanda 2026 cı il seçkiləri qalmaqallı olacaq RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Paşinyana qarşı səhnə qızışır


Milyarderlə bərabər keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da fəallaşıb


Avropa İttifaqı 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Aİ "ProElect" layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib. Layihə Fransa tərəfindən xüsusi olaraq "demokratiyaya dəstək" üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar "seçicilərin maarifləndirilməsi" və "nifrət nitqi ilə mübarizə" üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir. Qeyd edək ki, ABŞ-də USAİD bağlandıqdan sonra Qərbin maliyyələşdirməsinin əsas yükü Avropa İttifaqı strukturlarının üzərinə düşüb. Ekspertlərin qənaətincə, Aİ-nin hədəfi seçkilərdə Baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır. 


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, bu kimi lahiyələrin hər nə qədər "demokratiya və insan haqları"na xidmət etdiyi deyilsə də, Qərb bundan müxtəlif ölkələrdə yumşaq güc kimi istifadə edir: 


"İddia edilir ki, Qərb Ukrayna və Moldovada həyata keçirdiyi lahiyəni Ermənistanda da sınaqdan keçirəcək və Paşinyanı qorumağa çalışacaq. Nikol Paşinyan hökuməti ilə Moskva arasında gərginlik yaşanır. Baş nazir Ermənistanı Qərbə doğru yönəltməyə çalışır. Bu isə Moskvada qıcıq yaradır. Hazırda Kremlə bağlı olan milyarder, Ermənistanda həbsdə olan Samvel Karapetyan fəal siyasi gedişlər edərək müxalifəti bir araya gətirməyə və növbəti seçkidə Paşinyanın qarşısına çıxmağa hazırlaşır. Karapetyan Rusiya arxasında durduğu Kilsənin, diasporun və "Qarabağ klanı"nın dəstəyinə ümid bəsləyir".


Z.Əmrəliyev diqqətə çatdırıb ki, milyarderlə barabər keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan da fəallaşıb: 

"Özlərini Moskvaya sübut edib yenidən hakimiyyətə yiyələnmək istəyirlər. Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı son zamanlar verdiyi açıqlamalar Moskvanı qorxudur. Qərb Rusiyanın müxalifətə dəstək çabalarını önləmək üçün QHT-lər vasitəsilə əsasən gənclər arasında təbliğat işi aparır. Təbliğatın seçkiyə 8 ay qalmış başlaması onu göstərir ki, burada öncəlik sivil seçkiyə hazırlıq yox, rusmeyilli müxalifətə qarşı hökumətin dəstək qruplarını formalaşdırmaqdır. Bir tərəfdə Rusiyanın, digər tərəfdə isə Qərbin öz siyasi müttəfiqlərinə bu şəkildə dəstək verməsi Ermənistanda 2026-cı il seçkilərinin qalmaqallı keçəcəyi gerçəyini ortaya qoyur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 05:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri