Icma.az
close
up
RU
Ermənistanda ara qarışır: Paşinyana qarşı yeni partiya yaratdı

Ermənistanda ara qarışır: Paşinyana qarşı yeni partiya yaratdı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həbsdə olan biznesmen Samvel Karapetyan yeni yaradılan “Bizim yol” Partiyasına rəhbərlik edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə onun vəkillərindən biri Aram Vardevanyan Karapetyanın saxlandığı təcridxananın qarşısındakı yürüşdən sonra bildirib.

Vardevanyanın sözlərinə görə, oktyabrın 18-də səhər saatlarında Karapetyan mitinq iştirakçılarından yeni partiyaya rəhbərlik etməyə hazır olduğunu çatdırmağı ondan xahiş edib.

“Hərəkat partiyaya çevrildiyindən sədri olmağa hazırdır”, - vəkil bildirib.

Bu arada Samvel Karapetyan və iki arxiyepiskop Baqrat Qalstanyanla Mikael Ajapaxyanın saxlandığı bina qarşısında toplaşanlar “Azadlıq!” şüarları səsləndiriblər.

Mitinqin sonunda təşkilatçılar Erməni Apostol Kilsəsinə dəstək üçün Eçmiədzinə ziyarət etmək qərarına gəliblər.

"Biz Eçmiədzinə ziyarətinə gedəcək və onun müdafiəsiz olmadığını göstərəcəyik. Ermənilər Sardarapat döyüşündə olduğu kimi Eçmiədzini də müdafiə edəcəklər", - hərəkatın koordinatoru və həbsdə olan biznesmenin qardaşı oğlu Narek Karapetyanın  bildirib.

Hərəkat iştirakçıları saat 17:30-da Eçmiədzin Ana taxtında toplaşacaqlar.

Qeyd edək ki, Samvel Karapetyanı dəstəkləyən etirazçılar və həbs olunan din xadimləri Azadlıq meydanından Milli Təhlükəsizlik Xidmətinin binasına gəliblər. Orada keçirilən aksiyada hərəkat Ermənistanda rejim dəyişikliyi planını təqdim edib.

Xatırladaq ki, Samvel Karapetyan avqustun 13-də  “Bizim yol” hərəkatının yaradıldığını bəyan etmişdi. “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan Ermənistanda hökumətin hücumları fonunda Erməni Apostol Kilsəsinə (AAC) dəstək verdiyini bəyan etdikdən sonra ona qarşı ittiham irəli sürülüb və həbs edilib.

Biznesmen özü ittihamları rədd edərək Ermənistan rəhbərliyini səriştəsiz adlandırıb. Onun kilsəyə dəstək verməsi Baş nazir Nikol Paşinyanı qəzəbləndirib. O, sosial şəbəkələrdə kilsənin ruhaniləri və xeyriyyəçilərinin ünvanına bir neçə təhqir yazıb.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Samvel Karapetyan Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri