Ermənistanda arxiyepiskop Mikael Adjapaxyan saxlanıldı YENİLƏNİB
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan təhlükəsizlik qüvvələrinin əməkdaşları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanı saxlayıblar.
Milli.Az bu barədə Sputnik Ermənistana istinadla məlumat verir.
Hadisə ilə əlaqədar olaraq, bu dəqiqələrdə Eçmiədzində vəziyyət son dərəcə gərgin olaraq qiymətləndirilir. Məlumata görə, hüquq-mühafizə orqanları vətəndaşların Eçmiədzinə daxil olmağa çalışdıqları prospekti bağlayıb.
---------
12:11
Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın saxlanılması barədə hüquq-mühafizə orqanları qərar qəbul ediblər.
Milil.Az xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan xəbər verib.
Keşiş Qalstanyan həbs edildi - VİDEO - FOTO
Zöhrabyan keşişlərin toplaşdığı görüşdə bildirib ki, arxiyepiskop İstintaq Komitəsinə çağırılıb və ilkin ifadəsindən sonra onun həbs olunması üçün məhkəməyə vəsatət veriləcək.
Son məlumatlara görə, hüquq-mühafizə orqanları tanınmış dini lider, Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahında xüsusi əməliyyat keçiriblər.
Vəkil qeyd edib ki, müdafiə tərəfi arxiyepiskopun hüquqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcək. O, bu cinayət işini hakimiyyətin kilsəyə qarşı apardığı təzyiq kampaniyasının bir hissəsi hesab etdiyini vurğulayıb.
Hazırda arxiyepiskopun həbsi ilə bağlı qərarın yaxın günlərdə məhkəmə tərəfindən verilməsi gözlənilir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 İyun 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















