Ermənistanda Azərbaycan yanacağı üçün növbələr yaranır Natiq Cəfərli
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin ixracına dair razılaşmanın təfərrüatlarını açıqlayıb. Paşinyanın sözlərinə görə, baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan Baş nazirinin müavini Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirib və Ermənistan hökuməti bunu siyasi kampaniyaya çevirməyən iş adamlarına çatdırıb.
Baş nazir qeyd edib ki, ilk partiyada bəzi şəbəkələr benzini satmaqdan imtina etmişdi, lakin indi bazarın və fürsətin hər kəs üçün açıq olduğu və istəyənlərin bundan yararlana biləcəyi açıqdır: “Ermənistan hökuməti araşdırmadan sonra, bunu siyasi kampaniyaya çevirməyə meylli olmayan iş adamlarına bildirib. Biz belə bir fürsətin olduğunu dedik ki, onra deməsinlər ki, məsələn, hökumət bizi Azərbaycandan benzin almağa məcbur edir, biz isə almırıq. İlk partiya zamanı boykot olub. Həmin benzini satmaqdan imtina edən şəbəkələr var idi, bu da o deməkdir ki, ilkin narahatlıqlarımız və qorxularımız doğru idi. İndi düşünürəm ki, bazarın və fürsətin hər kəs üçün açıq olduğu və istəyən hər kəsin bundan yararlana biləcəyi hər kəsə aydın olacaq”.
Eyni zamanda, Paşinyan Ermənistan və Azərbaycan arasında potensial digər malların ticarətinə dair proseslərin də davam etdiyini vurğulayıb. 
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan əlaqələrinin bərpa edilməsi ilə bağlı qərarların alındığı ilk gündən fərqli arqumentlərlə, xüsusən də Ermənistanın revanşist qanadının fərqli arqumentləri ilə rastlaşdıq:
“Hətta Qazaxıstan buğdası Azərbaycan ərazisi vasitəsilə Ermənistana aparılan zaman, o buğda ilə də bağlı fərqli yanaşmalar var idi. Düşünürəm ki, proses davam etdikcə, kommunikasiyalar bərpa olunduqca biz fərqli iddiaları və mesajları görəcəyik. Lakin bütövlükdə bu hadisə həm sülh prosesinin bir tərkib hissəsi, həm də ölkələr arasında kommunikasiyaların açılması üçün atılmış önəmli addımdır. Eyni zamanda bu, Azərbaycanın iqtisadi maraqları baxımından da əhəmiyyətli bir biznes layihəsidir. Belə ki, Azərbaycandan Ermənistana gedən yanacaq bazarda daha ucuz qiymətə satılır. Ermənistanda yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir, bazar mexanizmləri ilə müəyyən olunur. Azərbaycan yanacağı isə bazarda ən sərfəli qiymətə malikdir, bu səbəbdən bəzi stansiyalarda hətta növbələr yaranır”.
N. Cəfərlinin sözlərinə görə, siyasi və diplomatik baxımdan,Azərbaycanın Ermənistanla sülh və əməkdaşlığa töhfə verməsi və qarşılıqlı kommunikasiyaların açılması deməkdir: “İqtisadi baxımdan isə Azərbaycan üçün gəlir gətirən və biznes maraqlarını təmin edən bir layihədir. Həmçinin regionda əlaqələrin möhkəmlənməsi baxımından ucuz yanacağın təmin edilməsi və qarşılıqlı ticarət ölkələr arasında münasibətlərin daha sabit və davamlı olmasına şərait yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 09 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















