Icma.az
close
up
RU
Ermənistanda Azərbaycandan 3 dəfə çoxdur Əhali arasında qızğın müzakirə

Ermənistanda Azərbaycandan 3 dəfə çoxdur Əhali arasında qızğın müzakirə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uşaqpulu məsələsinin müzakirəsi təkcə maliyyə deyil, həm də demoqrafiya, sosial siyasət, ailə institutunun möhkəmlənməsi və gələcək insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

O bildirib ki,  Azərbaycanda hazırda yeni doğulan uşağa görə 600 manat birdəfəlik müavinət verilir:

“Lakin son illərin inflyasiyası və bazar qiymətlərini nəzərə aldıqda məbləğin real dəyərinin aşağı düşməsi ictimai müzakirələri artırıb. Ona görə də, vətəndaşların məbləğin artırılması ilə bağlı təklifləri başa düşüləndir. Mətbuatda və sosial şəbəkələrdə Ermənistanla müqayisələr edilir. Bu ölkə uzun müddət 300 min dram civarında birdəfəlik ödəniş tətbiq edib. Bu, manat ekvivalentində təxminən 1300–1400 manat aralığına düşür. Son dönəmlərdə hökumət bu məbləğin artırılması və yeni doğulan uşaqlar üçün daha yüksək dövlət dəstəyi paketi barədə rəsmi açıqlamalar verib. Buna görə də bəzi mediada 2300 manat kimi rəqəmlər səsləndirilir, lakin bu, valyuta kursu və yeni təkliflərin dəyərləndirilməsinə və qəbuluna uyğun olaraq dəyişə biləcək. Yəni standart, sabit şəkildə “Ermənistan 2300, Azərbaycan 600 verir” yanaşması tam dəqiq deyil. Müqayisələr aparılarkən konkret tarix və məzənnə nəzərə alınmalıdır”.

Razi Nurullayev

Deputat qeyd edib ki, müqayisələri yalnız Ermənistanla deyil, digər ölkələrlə də etmək lazımdır:

Gürcüstanda birdəfəlik müavinətlər 1000–2000 lari arasında dəyişir, bu da bizim valyuta ilə 600-1230 manat edir. Türkiyədə ailəyə yalnız birdəfəlik pul verilməsi ilə kifayətlənilmir – hamiləlikdən sonrakı dövrə qədər geniş paket, aylıq müavinətlər və vergi güzəştləri kimi sistemli dəstəklər var. Rusiyada isə “ana kapitalı” modeli tətbiq edilir, hansı ki, ailə bu pulu təkcə istehlaka yox, ipoteka, uşaq bağçası, təhsil və mənzilə yönəldə bilir. Bir çox Avropa ölkələri uşaqpulunu sosial siyasətin əsası sayır və hər uşağa görə həm aylıq, həm də vergi güzəştləri verir. Beynəlxalq təcrübə göstərir ki, bu məsələdə “verilsin, yoxsa verilməsin” yox, “necə verilsin və hansı effekt yaratsın” sualı daha aktualdır”.

R.Nurullayev bildirib ki, burada məsələ təkcə məbləğin artırılmasında deyil:

“Əgər büdcəyə düşən yük ağır görünürsə, mərhələli siyasət tətbiq edilə bilər: daha aşağı gəlirli ailələr üçün daha yüksək dəstək, inflyasiyaya uyğun indeksləşmə və şəffaf mexanizm. Nağd vəsaitin özü ilə yanaşı, dövlətin xidmət paketləri də gücləndirilə bilər. Bura uşaq bağçalarının əlçatanlığı, ana və uşağın pulsuz tibbi xidməti, doğuşdan sonra sosial dəstək proqramları, doğuşdan sonrakı tibbi nəzarət, psixoloji və sosial reabilitasiya proqramları, sağlam qidalanmaya əlçatanlıq, dərman təminatı və buna bənzər digər xidmətlər daxildir. Nəticə etibarilə, müzakirələr emosional deyil, real faktlar, iqtisadi imkanlar və uzunmüddətli milli maraqlar əsasında aparılmalıdır. Uşaqpulu nə xərclənən puldur, nə də sadəcə populist addımdır. Bu, dövlətin gələcək vətəndaşı üçün qoyduğu sərmayədir. Əsas odur ki, siyasət şəffaf, ədalətli, mərhələli və davamlı olsun”.

Günel Cəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri