Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloger Ogün Özdəmirə qarşı ittihamlar məlum olub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda barəsində cinayət işi açılan türkiyəli bloger Ogün Özdəmirə qarşı ittihamlar məlum olub.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, o “Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və ölkənin suverenliyini inkar etmək” maddələri ilə təqsirləndirilir.
Ermənistanın İstintaq Komitəsində faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
Qeyd edək ki, blogerə qarşı cinayət işinin açılması ilə bağlı məlumatı martın 31-də Ermənistanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan açıqlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli bloger Ogün Özdəmir İrəvandakı Respublika meydanından canlı yayım açaraq Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. O, eyni zamanda, Azərbaycan torpağında olduğunu deyib.
Bundan sonra o, Türkiyə telekanallarından birinə müsahibə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 02 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















