Icma.az
close
up
RU
Ermənistanda baş verənlər: insan hüquqları tapdalanır, Qərb isə susur

Ermənistanda baş verənlər: insan hüquqları tapdalanır, Qərb isə susur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 iyun, AZƏRTAC

Son günlər Ermənistanda siyasi və dini institutlara qarşı aparılan sərt əməliyyatlar, yüksək vəzifəli şəxslərin, o cümlədən iş adamı Samvel Karapetyanın və bəzi parlament üzvlərinin saxlanılması, Eçmiədzin kilsəsi ilə açıq qarşıdurmalar bu ölkədə insan hüquqlarının sistematik şəkildə pozulduğunun bariz nümunələridir. Erənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin daxili siyasi təmizləmə kampaniyası artıq təkcə siyasi rəqibləri deyil, dini institutları da hədəfə alıb. Həbs edilənlərə qarşı irəli sürülən ittihamlar isə ya ümumi və qeyri-müəyyəndir, ya da prosessual şəffaflıqdan uzaq şəkildə aparılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Samvel Karapetyan uzun illər Ermənistan iqtisadiyyatında və siyasətində mühüm rol oynamış fiqurlardan biri kimi tanınırdı. Onun saxlanılması və ictimaiyyətə verilən ziddiyyətli açıqlamalar bu prosesin hüquqi deyil, daha çox siyasi motivli olduğunu göstərir. Eyni zamanda, deputat toxunulmazlığı olan şəxslərin həbsi Ermənistan konstitusiyasının və demokratik prinsiplərin ciddi şəkildə pozulması deməkdir. Eçmiədzinə və orada təmsil olunan yüksək rütbəli kilsə rəhbərlərinə qarşı kampaniya isə dini azadlıqların və vicdan azadlığının pozulması kimi qiymətləndirilməlidir.

Maraqlıdır ki, bu cür hadisələr nə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən, nə Avropa Şurası, nə də digər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən adekvat şəkildə qiymətləndirilmir. Halbuki, Azərbaycanda ən kiçik inzibati hadisə belə baş verdikdə, həmin qurumlar bir-birinin ardınca bəyanatlarla çıxış edir, tələblər irəli sürür və hesabatlar hazırlayırlar. Bu isə açıq-aydın ikili standartların və seçici yanaşmanın göstəricisidir.

"Qərb institutlarının Ermənistandakı proseslərə səssiz qalması regionda ədalətli vasitəçilik imicinə ciddi zərbə vurur. Demokratiya anlayışı hər kəsə və hər yerə bərabər tətbiq edilməlidir. Əgər hansısa hüquq müdafiə təşkilatı Azərbaycanda baş verən bir inzibati saxlanılmanı “demokratik hüquqların məhdudlaşdırılması” kimi qiymətləndirirsə, Ermənistandakı sistemli təzyiqlər, siyasi həbs dalğaları və dini institutlara qarşı zorakılıq niyə eyni ciddiyyətlə şərh olunmur?

Beynəlxalq hüquq prinsipləri bütün dövlətlərə eyni məsafədə dayanmağı tələb edir. Amma Ermənistanın daxili repressiya siyasətinə göz yumulması, bəzi dairələrin bu ölkəni Qafqazın "demokratik qalası" kimi göstərmək cəhdləri artıq gülünc və ifşaedici xarakter alıb. Reallıq budur ki, Ermənistanda müxalifətə, medianın sərbəst fəaliyyətinə, ictimai fəallara və indi də dini liderlərə qarşı təzyiqlər sistemli hal alıb.

Bu fonda Azərbaycanın öz milli maraqlarını müdafiə etməsi və beynəlxalq qurumlara adekvat cavablar verməsi tam legitim və rasional mövqedir. İkili standartlarla diktə olunan hüquq və demokratiya anlayışlarını qəbul etmək mümkün deyil. Regionun təhlükəsizliyi və inkişafı üçün real vəziyyətin düzgün qiymətləndirilməsi və obyektiv mövqe sərgilənməsi əsas şərtdir.

Azərbaycan cəmiyyəti bu ikili münasibətləri görür və buna siyasi cavab verməkdə qərarlıdır. Dövlət qurumları və ictimai institutlar beynəlxalq platformalarda bu ədalətsizlikləri üzə çıxarmağa davam edir. Ermənistanda dini institutların və siyasi fiqurların hədəfə alınması isə təkcə daxili siyasət məsələsi deyil, bu, regionda qarşılıqlı inamı zədələyən təhlükəli tendensiyadır.

Əgər Qərb bu münasibətini dəyişməzsə və Ermənistandakı bu tendensiyalara susmaqda davam edərsə, gələcəkdə regionda demokratik institutlara inam tamamilə itəcək. Belə şəraitdə isə real siyasət diktə edən, obyektiv və öz hüquqlarını qətiyyətlə müdafiə edən dövlətlər möhkəmlənəcək. Azərbaycan da bu istiqamətdə öz mövqeyini həm regional, həm də beynəlxalq səviyyədə qətiyyətlə ortaya qoyur",- deyə T. İsmayılov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri