Ermənistanda beş müxalifətçi saxlanıldı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ermənistanda beş müxalifətçinin saxlanılması barədə xəbər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Armavir bölgəsinin Vaqarşapat şəhərinin Ağsaqqallar Şurasının "Qələbə" fraksiyasının rəhbəri Sevak Xaçatryan sosial media hesabında məlumat verib.
"Bu səhər tezdən Vaqarşapatda müxalif mövqeli müxtəlif şəxslərə qarşı repressiyalar başlayıb. Axtarışlar və həbslər davam edir. Əldə etdiyimiz məlumata görə, indiyə qədər beş nəfər saxlanılıb", - deyə Xaçatryan bildirib.
Ermənistan İstintaq Komitəsinin rəsmisi Kima Avdalyan TASS-a bildirib ki, məsələ ilə bağlı daha sonra açıqlama veriləcək:
"Həbslərə gəldikdə, bu bizim səlahiyyətlərimizə aiddir. Məsələ ilə bağlı daha sonra açıqlama verəcəyik".
Baxış sayı:88
Bu xəbər 11 Fevral 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















