Ermənistanda daşnaklar a cinayət işi AÇILDI
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” partiyasının bir sıra rəhbər işçilərinə qarşı cinayət işi açılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, daşnaklar Ermənistanda terror yolu ilə dövlət çevrilişi hazırlayan qrupla əlbir olmaqda ittiham edilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti “Daşnaksütyun”unun ali orqanının üzvü İqor Sarkisyanın, təşkilatın Abovyan komitəsinin üzvü Vardan Avaqyanın, Hrazdan komitəsinin üzvü Artaşes Onanyanın və komitənin üzvü Varazdat Amirayenin evlərində axtarışlar aparılır.
Xatırladaq ki, bu gün səhər saatlarından onlarla polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müqəddəs Mübarizə” hərəkatının ofisində axtarış istintaq əməliyyatları aparıb.
Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın liderlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının iştirakçılarının və rəhbərlərinin ölkədə terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar planlaşdırdığını bəyan edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 25 İyun 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















