Ermənistanda dəhşətli qəza 5 ölü, 11 yaralı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Araqatsotn vilayətində baş verən dəhşətli yol-qəzası nəticəsində 5 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, faciə İrəvandan Gümrüyə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan PAZ markalı avtobusla “Opel Zafira” markalı minik avtomobili toqquşub. Güclü zərbənin təsirindən nəqliyyat vasitələri deformasiyaya uğrayıb.
Hadisə yerinə dərhal polis əməkdaşları və xilasedici dəstələr cəlb olunub. Xəsarət alanlar təcili yardım briqadalarının köməkliyi ilə xəstəxanalara çatdırılıblar.
Faktla bağlı Ermənistan DİN-də araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 02 Sentyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















