Ermənistanda deputatlar arasında dava düşdü, Paşinyan iclası tərk etdi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən "Mülki Müqavilə" Partiyasının iclasında gərginlik yaşanıb.
Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, iclasda hakim "QD" partiyasından olan deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında sözlü münaqişə yaranıb.
Münaqişənin səbəbi Sarkisyanın Tavuşda qeyri-qanuni meşə qırıntıları ilə bağlı verdiyi bəyanat olub. Deputat qubernatoru bölgədə ekoloji vəziyyəti pisləşdirməkdə ittiham edib. Təhqirlər və qarşılıqlı ittihamlarla davam edən mübahisə davaya çevrilib.
Baş nazir Paşinyan vəziyyəti idarə edə bilməyərək iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan toqquşmanı sakitləşdirməyə çalışsa da, gərginlik davam edib.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 10 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















