Icma.az
close
up
RU
Ermənistanda əhalinin 75% i Rusiyaya qarşıdır SORĞU

Ermənistanda əhalinin 75% i Rusiyaya qarşıdır SORĞU

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin “International Republican Institute” təşkilatının sifarişi ilə “Breavis” şirkəti tərəfindən Ermənsitanda rəy sorğusu keçirilib.

Modern.az xəbər verir ki, 1511 nəfər vətəndaş arasında keçirilən sorğuda iştirakçılardan 491 nəfəri  Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasını dəstəkləyiblər. “Bizim yolumuz” Partiyası və Samvel Karapetyanı dəstəkləyənlərin sayı isə 93 nəfər təşkil edib.Sorğuda həmçinin “Ermənistan” bloku və keçmiş prezident Robert Koçaryanı dəstəkləyən respondentlərin də yer aldığı bildirilib.

Araşdırmaya əsasən, respondentlərin 29 faizi Baş nazir Nikol Paşinyana etibar etdiyini bildirib. Bu şəxslərin 27 faizi onu birinci, 2 faizi isə ikinci seçim kimi göstərib.

Sorğuda ikinci yerdə iş adamı Samvel Karapetyan qərarlaşıb. Respondentlərin 8 faizi ona etibar etdiyini deyib. Parlament sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da siyahıda yer alıblar.Keçmiş prezident Robert Köçəryana etibar edənlərin göstəricisi isə 4 faiz olub.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri respondentlərin böyük hissəsinin siyasətçilərə inamsız yanaşmasıdır. Belə ki, iştirakçıların 40 faizi “heç kimə etibar etmirəm” cavabını verib, 13 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

İştirakçılara “Ermənistan düzgün, yoxsa yanlış istiqamətdə irəliləyir?” sualı da ünvanlanıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 61 faizi ölkənin düzgün istiqamətdə getdiyini bildirib. 28 faiz əks fikir səsləndirib, 11 faiz isə cavab verməkdə çətinlik çəkib və ya mövqeyini açıqlamayıb.

Partiya üstünlüklərinə görə nəticələrdə ciddi fərqlər müşahidə olunub. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarlarının 95 faizi Ermənistanın düzgün istiqamətdə irəlilədiyini deyib.

Müxalif düşərgədə isə mənzərə fərqlidir. “Hayastan” blokunun lideri Robert Köçəryanın tərəfdarlarının 86 faizi, “Mənim Şərəfim Var” blokunun nümayəndəsi Samvel Karapetyanın tərəfdarlarının isə 83 faizi ölkənin yanlış istiqamətdə idarə olunduğunu düşünür.

Qərarsız respondentlərin 45 faizi ölkənin düzgün istiqamətdə olduğunu bildirsə də, 32 faiz bunun əksini qeyd edib.

Ermənistanda keçirilən ictimai rəy sorğusunda siyasətçilərə etibar göstəriciləri yaş qrupları üzrə də araşdırılıb.

Sorğu nəticələrinə görə, Baş nazir Nikol Paşinyana ən yüksək etibar 56 yaşdan yuxarı respondentlər arasında qeydə alınıb. Bu yaş qrupunda iştirakçıların 45 faizi ona etibar etdiyini bildirib.

36-55 yaş aralığında Paşinyana etibar edənlərin göstəricisi 26 faiz, 18-35 yaş qrupunda isə 15 faiz olub.

Sorğuda iş adamı Samvel Karapetyana etibar səviyyəsi 56 yaşdan yuxarı respondentlər arasında 10 faiz, 36-55 yaş qrupunda 7 faiz, gənclər arasında isə 8 faiz təşkil edib.

Keçmiş prezident Robert Köçəryan və digər siyasətçilərin göstəriciləri isə bütün yaş qruplarında aşağı səviyyədə qalıb.

Araşdırma onu da göstərib ki, xüsusilə gənclər arasında siyasətçilərə etimadsızlıq yüksəkdir. Belə ki, 18-35 yaş qrupunda respondentlərin 53 faizi “heç kimə etibar etmirəm” cavabını verib. Bu göstərici 36-55 yaş qrupunda 45 faiz, 56 yaşdan yuxarı şəxslər arasında isə 23 faiz olub.

Sorğuda Ermənistan vətəndaşlarının Avropa İttifaqı ilə əlaqələrə münasibəti də soruşlub. Sorğuda iştirak edənlərin 75 faizi ölkənin Avropa İttifaqına mümkün üzvlüyünü dəstəkləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri