Ermənistanda əsgəri vəhşicəsinə döydülər: Vəziyyəti ağırdır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanda 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb; onun vəziyyəti o qədər ağır olub ki, onu Kanaz hospitelinə köçürməyə məcbur qalıblar.
Axar.az Pulika.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan həyəcan təbili çalıb.
"Bir qədər əvvəl məlumat aldım ki, 19 yaşlı həqiqi hərbi xidmət çağırışçısı A.H. amansız şəkildə dövülüb. Onun vəziyyəti o qədər ağır olub ki, Kanaz hospitelinə köçürməli olublar. Anası oğlunu tanınmaz halda, üzü deformasiyaya uğramış və qarabasmalar içində görüb. Əsgər 6 ay əvvəl psixi sağlamlıq problemi ilə orduya çağırılmışdı. Hadisə iyulun 22-də, təxminən bir həftə əvvəl Cermuqdakı hərbi hissədə baş verib, lakin hələ ki heç bir cinayət işi qaldırılmayıb və deyəsən, qaldırmaq fikrində də deyillər. Ananın məlumatına görə, döyənlər zabit heyətindəndir. Xahiş edirəm ki, insan hüquqları üzrə müvəkiı Anahit Manasyan bu fövqəladə hadisəyə reaksiya versin. Hələlik bu qədər, çox təfərrüata varmadan", – deyə o yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 29 İyul 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















