Ermənistanda etiraz aksiyası keçirən 33 nəfər saxlanıldı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Ötən gün Gümrüdə etiraz aksiyasında iştirak edən 33 nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 20-də səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü şəhər meriyasına gəliblər. Maskalı xüsusi təyinatlılar əməkdaşların giriş-çıxışını bağlayıb. Sakinlər binanın qarşısına toplaşıb, polis əməkdaşları ilə vətəndaşlar arasında atışma olub. Xüsusi əməliyyat keçirən maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları mer Vardan Qukasyanı saxlayaraq Yerevanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar. Daha sonra mer Vardan Qukasyan da daxil olmaqla, səkkiz meriya əməkdaşının rüşvət almaq və vermək ittihamı ilə saxlanıldığı qeyd edilən bəyanat yayılıb. Saxlanılanlar arasında şəhərin baş memarı Genrix Qasparyan da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















