Icma.az
close
up
RU
Ermənistanda gələn həftə seçki keçirilərsə: Qalib kim olacaq?

Ermənistanda gələn həftə seçki keçirilərsə: Qalib kim olacaq?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda keçirilən rəy sorğusu iyunun 7-də keçiriləcək parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qalib gəlmək şansının daha çox olduğunu göstərir.

“Cebheinfo.az” xəbər verir ki, “Gallup International Association” tərəfindən keçirilən rəy sorğusunun nəticələri belə göstərir. 

Respondentlərin 24,3 faizi gələn bazar günü parlament seçkiləri keçirilsə, Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasına səs verəcəyini deyib. 

Sorğu iştirakçılarının əhəmiyyətli bir hissəsi-13,4 faizi seçkilərdə iştirak etmək və hazırda həbsdə olan rusiyalı milyarder “Güclü Ermənistan” Partiyasına səs vermək niyyətində olduğunu deyib. Beləliklə, "Güclü Ermənistan" Partiyası ikinci yeri tutub. 

Qagik Tsarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” Partiyası 7,9 faiz səslə üçüncü sırada yer tutub. 

Eks-prezident Robert Köçəryanın liderlik etdiyi “Ermənistan” blokuna səs vermək istəyənlərin sayı isə 5,5 faiz təşkil edib. Köçəryanın bloku 4-cü yerdə qərarlaşıb. 

Digər siyasi qüvvələr nisbətən daha az dəstək alıblar. Respondentlərin 3,1 faizi “Demokratiya, Hüquq, İntizam” Partiyasına, 1,9 faizi sabiq prezident Serj Sarkisyanın “Ermənistan Respublika” Partiyasına, 1,7 faizi Edmon Marukyanın “Parlaq Ermənistan” Partiyasına və 1,5 faizi isə Ermənistan Meritokratik” Partiyasına etimad göstərdiyini deyib. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın yaratdığı “Birlik Qanadları” Partiyasına səs vermək istəyənlərin sayı isə 1,5 faiz olub. 

Aram Sarkisyanın rıəhbərlik etdiyi Respublika Partiyasına və eks-prezident levon Ter-Petrosyanın “Erməni Milli Konqres” Partiyasının hər biri 1,1 faiz göstərici ə\ldə ediblər. 

Eyni zamanda, bəzi respondentlər heç bir siyasi partiyaya etibar etmədiklərini bildiriblər. Rəyi soruşulanların 11,4 faizi suala cavab verməkdən imtina ediblər. Sorğuya qatılanların 14, 3 faizi hansı partiyaya səsə verəcəklərinə hələ qərar vermədiklərini deyiblər. 8,1 faiz respondent isə ümumiyyətlə, seçkilərdə iştirak etməyəcəklərini bildiriblər. 

2026-cı il parlament seçkilərində iştirak etmək niyyətləri barədə sula  respondentlərin 51,9 faizi müsbət cavab verib. Lakin respondentlərin 24,8 faizi cavab verməkdə çətinlik çəkib. 

Qeyd edilən göstəricilər qarşıdan gələn parlament seçkilərində iştirak edəcək siyasi qüvvələr nisbətini və onların mandat qazanmaq imkanlarını proqnozlaşdırmağa imkan verir. Sorğunun nəticələri seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının qalib gəlmək şansının yüksək olduğunu göstərir. Hətta “Gallup”  Beynəlxalq Assosiasiyasının 2025-ci ilin noyabr ayında keçirdiyi sonuncu rəy sorğusu ilə müqayisədə Nikol Paşinyanın reytinqinin artması müşahidə olunur. Ötən ilin sonunda respondentlərin 16,5 faizi hakim partiyaya səs vermək istəyirdisə, hazırda bu göstərici 24,3 faizə qədər artıb. 

Samvel Karapetyan  isə 2025-ci ilin may ayından sonra keçirilən bütün sorğularda olduğu kimi,  ikinciliyi qoruyub saxlayır. Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” Partiyası hakimiyyətin əsas siyasi rəqibi göstərcilərinə malikdir. Lakin Paşinyan hökuməti Karapetyanın seçkilərdə iştirakının qarşısını almağa çalışır. Çox güman ki, hazırda həbsdə olan Samvel Karapetyan Rusiya vətəndaşı olduğuna görə seçkilərə buraxılmayacaq. Yəni Ermənistan Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayacaq. Nikol Paşinyan aprelin 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də S.Karapetyanın Ermənistan pasportuna mlik olmadığına görə seçkilərdə iştirak etmək hüququnun olmadığını deyib. 

Qeyd edək ki, aprelin 7-də “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyası tərəfindən Seçki Məcəlləsinə düzəlişlərin edilməsi barədə təklif irəli sürməsi Samvel Karapetyanın liderlik etdiyi siyasi blokun seçkilərdə  iştirakına maneə yaradır. Qanunvericilik təşəbbüsünə əsasən, Ermənistanda bloklar və partiyalar tərəfindən şəxsi adların istifadəsi qadağan ediləcək. Müşahidəçilər qeyd edirlər ki, bu təşəbbüs açıq şəkildə Rusiyanın dəstəklədiyi milyarder Samvel Karapetyana qarşı yönəlib. Ona görə də “Samvel Karapetyanla Güclü Ermənistan” blokunun adı dəyişdirilməlidir. Əgər Karapetyanın adı blokdan çıxarılmasa, MSK bu birliyin seçkilərdə iştirakına icazə verməyəcək. “Gallup” tərəfindən ötən ilin noyabr ayında keçirlən seçkilərdə Samvel Karapetyana səs vermək istəyənlərin sayı 7 faizə qədər azalmışdısa, indi bu göstərici iki dəfəyə yaxın artaraq 13, 4 faizə qalxıb. Ötən ilin may və avqust ayında keçirlən sorğularda karapetyanıa səs vermək istəyən respondemntlərin sayı 10-14 faiz arasında dəyişirdi. Bu isə Karapetyanın sabit elektoratının maksimum 14 faiz təşkil etdiyini deməyə əsas verir. Ancaq Karapetyanın liderlik etdiyi blok üçün 10 faizlik seçki barajını keçmək asan olmayacaq. 

Qagik Tsarukyanın son üç sorğuda reytinq göstəricilərində müşahidə olunan irəliləyişlər onun rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasının növbəti parlamentdə bir neçə mandat qazanmaq şansının olduğunu göstərir. Rəyi soruşulanların 26,8 faizi Tsarukaynın Ermənistan cəmiyyətinin sağalmasına və möhkəmlənməsinə töhfə verə biləcəyinə inandığını bildirib. O, bu göstrərcilərinə görə, baş nazir Paşinyanı və digər müxalifət liderlərini geridə qoyub.Əgər Tsarukyan seçkilərə blok şəklində getsə, 8-10 faizlik barajı aşmaq problemi ilə üzləşəcək. “Çiçəklənən Ermənistan” Partiyası üçün ayrılıqda 4 faizlik barajı keçmək çətinlik yaratmır. 

Sabiq prezident Robert Köçəryanın isə seçkilərdə uğur qazanmaq şansı getdikcə azalır. Beş ay öncə keçirilən sonuncu sorğuda “Ermənistan” blokuna səs vermək istəyənlərin sayı 6,8 faiz təşkil edirdisə, hazırda bu göstərici 5,5 faizə düşüb. Bu reytinqlə Köçəryan üçün 10 faizlik barajı keçib parlamentdə mandat qazanmaq asan olmayacaq. Lakin Samvel Karapetyanın seçkilərə buraxılmaması Tsarukyanın və Köçəryanın əlini gücləndirən amilə çevrilə bilər. Hazırda hər iki müxalifət lideri Samvel Karapetyanın elektoratına göz dikmiş ciddi rəqib təsiri bağışlayır. 

Beləliklə, növbəti parlamentdə müxalifətin mandatlarının əsasən Karapetyanın, Tsarukyanın və Köçəryanın tərəfdarlarından ibarət bölünməsi ehtimalı üstünlük təşkil edir. Lakin Köçəryanın baş nazirliyə namizəd olması onun hakimiyyətə qayıtmasını istəməyən elektoratı başqa namizədlərin xeyrinə yönəldə bilər. Bu isə “Ermənistan” blokunun deputat yerlərindən məhrum olmasını sürətləndirəcək.  

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri