Icma.az
close
up
RU
Ermənistanda gərginlik artır Dəhliz layihəsi böhrana aparır?

Ermənistanda gərginlik artır Dəhliz layihəsi böhrana aparır?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-da Azərbaycanla razılaşmaya imza atdıqdan sonra “Tramp yolu”nun açılması üçün Zəngəzurda təbliğat kampaniyasına başladığı deyilir. Məlumata görə, hökumət artıq bir müddətdir ictimaiyyətdə dəhlizin açılması ilə bağlı narazılığı aradan qaldırmağa çalışır. Lakin üçtərəfli bəyannamənin imzalanmasından sonra hökumət bütün güclərini səfərbər edib. İrəvan bölgədə yaşayan sakinlərin etiraza qalxmaq ehtimalından narahatdır. Bunun 2026-cı baş tutacaq parlament seçkilərinə də mənfi təsir göstərməsindən ehtiyat edilir.

Burada başqa amillər də var – Rusiyaya, Fransaya bağlı daxili qüvvələrin mümkün provokasiyası. Prosesi zədələmək, ya da ləngitmək üçün bu faktor vaxtaşırı gündəmə gətirilir. Amma Paşinyanın əsas avantajı daxildə dəstəyinin olmasıdır. Erməni xalqı Rusiyaya bağlı Köçəryan-Sərkisyan tandemini, Qərbin bəzi dairələri tərəfindən təlimatlandırılan başqa qüvvələri ciddi dəstəkləmir. Hətta kilsə ilə bağlı da vəziyyət əvvəlkindən xeyli fərqlənir. Nikol Paşinyan Eçmiədzin faktorunu xeyli dərəcədə sıxışdırıb, neytrallaşdırıb.

Buna baxmayaraq, ortada müəyyən narahatlıq, eləcə də suallar qalır: dəhlizin açılmasına maneə yaradıla bilərmi? Əgər etiraz olarsa, Paşinyan hökumətinin onları hansı şəkildə sakitləşdirməsi və razı salması mümkündür?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Paşinyan hökumətinin Zəngəzurda “Tramp yolu” layihəsini həyata keçirmək üçün təbliğat kampaniyası başlatması həm daxili, həm də regional siyasi baxımdan həssas bir prosesdir:

Həmçinin oxuyun:

Saakaşvilinin Zəngəzur təşvişinin səbəbi – Hansı fəlakət gözlənilir?

Ermənistan cəmiyyətində bu dəhlizə qarşı çıxış ehtimalı kifayət qədər realdır, çünki bir sıra ictimai və siyasi qruplar bunu ölkənin suverenliyi üçün təhlükə kimi təqdim edə bilərlər. Yerli əhali və müxalif qüvvələr kütləvi etiraz aksiyaları, sosial mediada və mətbuatda narazılıq kampaniyaları, hətta fiziki maneələr yaratmaqla layihənin icrasına əngəl törədə bilərlər. Hüquqi yolla, layihənin konstitusiyaya və ya milli qanunvericiliyə zidd olduğu iddiası ilə məhkəmələrə müraciət edilməsi də mümkündür”.


Züriyə Qarayeva

Politoloq bildirib ki, Paşinyan hökuməti bu narazılıqları aradan qaldırmaq üçün iqtisadi dividentləri ön plana çıxara, dəhlizin bölgəyə investisiya, yeni iş yerləri və ticarət imkanları gətirəcəyini vurğulaya bilər:

“Eyni zamanda təhlükəsizlik təminatları verərək, dəhlizin Ermənistanın suveren nəzarəti altında qalacağını və hərbi risk yaratmayacağını izah etməlidir. Beynəlxalq təminatların mövcudluğu da ictimai rəyi yumşalda bilər. Zəngəzur bölgəsində nüfuzlu yerli liderlərlə və ictimai fiqurlarla dialoqların qurulması, onların vasitəsilə əhali ilə birbaşa kommunikasiya aparılması da razılaşmaya dəstək qazanmaq baxımından əhəmiyyətlidir. Əks halda, daxili müqavimət layihənin gecikməsinə və ya tamamilə dayanmasına səbəb ola bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri