Icma.az
close
up
RU
Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma güclənir

Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma güclənir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Yevgeni Mixaylov : Paşinyan seçkilərqabağı əsas müxalifət qüvvəsi kimi Erməni Apostol Kilsəsinin katolikosunu əvəz etmək üçün hər şeyi edəcək

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov "Moskva-Baku" portalına müsahibəsində Ermənistanın baş nazirinin erməni apostol kilsəsinin katolikosu ilə mübarizəsinin nə ilə bağlı olduğunu izah edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Yevgeni Aleksandroviç, Ermənistandakı Erməni Apostol Kilsəsi ətrafında vəziyyət qızışır. Baş nazir Nikol Paşinyan Ümumdünya Erməni Konqresinin mənəvi mərkəzi olan Eçmiədzində mitinq elan edib və tərəfdarlarını buna hazırlaşmağa çağırıb. Bir neçə aydır ki, Paşinyan kilsəni tənqid edir və katolikosu subaylıq andını pozduğuna görə tutduğu vəzifədən istefa verməyə çağırır. Ermənistan hökumətinin hazırkı rəhbəri katolikosun istefasına nail olacağına əmindir. Bundan başqa, çevriliş cəhdi ilə bağlı kilsə xadimləri, o cümlədən tanınmış müxalifətçi Baqrat Qalstanyan saxlanılıb. Bütün bu prosesləri nə ilə əlaqələndirirsiniz?

- Erməni Apostol Kilsəsi bu gün demək olar ki, respublikanın indiki hakimiyyətinə qarşı ən böyük və ən nüfuzlu müxalifət qüvvəsidir. Katolikos Paşinyanı ölkə üçün siyasi itkilərdə, o cümlədən Qarabağı itirməkdə ittiham edir. Katolikos “Qarabağ klanı”nın siyasi ideologiyasına sadiqdir.

Baş verənləri hansısa şəkildə obyektiv qiymətləndirmək üçün tarixi bağlılığı, ermənilərin öz kilsələrinə münasibətini nəzərə almaq lazımdır. Paşinyan anlayır ki, bu gün kilsə onun yeganə rəqibidir, ona sadiq olmayan, əvvəlki hakimiyyətin maraqlarını təmsil edən yeganə şəxs olaraq qalan katolikos başçılıq edir.

ÜEK əvvəlki iqtidarın son dayağına və ə orada vəziyyəti dəyişmək çox çətin işdir. Kilsə Paşinyanı getdikcə daha çox tənqid etməyə başlayıb, üstəlik, xatırladığımız kimi, Tavuş arxiyepiskopu Baqrat Qalstanyan ötən il hazırkı hökuməti devirmək üçün etiraz aksiyalarına rəhbərlik etmək missiyasını öz üzərinə götürüb. O, öz missiyasını yerinə yetirə bilmədi. Qalstanyan bu yaxınlarda İrəvanda dövlət çevrilişinə hazırlaşdığına görə həbs edilib.

Paşinyan istəyir ki, ölkədə bütün hakimiyyət ona məxsus olsun, respublikadakı vəziyyətə nəzarət edə bilsin və buna görə də onun məqsədi erməni apostol kilsəsinin başına öz “cib” katolikosunu qoymaqdır. Onun 2018-ci ildən Ermənistanın siyasi məkanını ardıcıl olaraq düşmənlərdən necə təmizlədiyini, Köçəryan və Sarkisyana qarşı məhkəmə proseslərini, Konstitusiya Məhkəməsini necə təmizlədiyini xatırlayırıq. Və məqsədinə çatdı. O, buna nail olub ki, hakimiyyətdə olduğu 7 il ərzində onu heç kim devirə bilməyib.

Görünən odur ki, kilsə ətrafında baş verən bütün bu qalmaqallar gələn il Ermənistanda parlament seçkilərinin keçirilməsi və ondan sonra baş nazirin təsdiqlənməsi ilə bağlıdır. Paşinyan isə özü üçün hər hansı neqativ nəticənin qarşısını almaq niyyətindədir. O, hakimiyyətdə olduğu illərdə həmişə buna nail olub.

Hadisələrin necə inkişaf edəcəyini hələlik söyləmək çətindir. O, böyük ehtimalla sudan quru çıxmağa və bəzi təxribatçı üsullarla vəziyyəti ifrat həddə çatdıraraq, daha böyük qalmaqala səbəb olan katolikosun çıxarılmasına nail olacaq. Biz görürük ki, kilsə ətrafındakı vəziyyət məsələsində də əhali kütləvi etirazlarla və katolikosu müdafiə edərək küçələrə çıxmır. Bu o deməkdir ki, onlar sadəcə yorğundurlar və sakit həyat, dəyişikliklər istəyirlər.

-Ermənilər üçün Erməni Apostol Kilsəsi güclü ənənəvi qüvvədir, diasporada dəstəklənən bir bağdır və başqa şeylərdir. Və Paşinyan üçün kilsəyə meydan oxumaq çox ciddi, riskli addımdır. Əgər bu addımı atıbsa, deməli, onun arxasında bu məsələdə uğur qazanacağına mütləq zəmanət verən qüvvələr var...

- Bu qüvvələr isə Qərbdir. Əbəs yerə deyil ki, Paşinyan bu yaxınlarda Brüsselə getdi, orada Avropa Şurasının rəhbəri Antonio Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə üçtərəfli görüş keçirdi. Danışıqlardan sonra Aİ-nin respublikaya yeni maliyyə vəsaiti ayırdığı açıqlanıb. Və görünən odur ki, Aİ funksionerləri Ermənistanın indiki baş nazirini respublikada keçiriləcək parlament seçkilərində ona ciddi dəstək veriləcəyinə inandırıblar. Və Ermənistanda “müstəqil media” adlandırılan qurumlar üçün Aİ tərəfindən vəsait ayrılıb, bu isə o deməkdir ki, Aİ sadəcə olaraq seçkilərdən əvvəl və seçkilər zamanı Paşinyan üçün faydalı olan informasiya fonunu maliyyələşdirəcək.

Biz görürük ki, demokratiyanın “tədqiqatçıları” olan Aİ Ermənistandakı kilsə ətrafında gedən proseslərlə bağlı heç vaxt heç nə dilə gətirməyib. Eynilə Makron Paşinyanın kilsədəki təmizləmələrini birbaşa dəstəkləyib. Ümumiləşdirsək, deyə bilərik ki, Ermənistanın indiki baş nazirinin indi gördüyü və dediyi hər şey onun qarşıdan gələn seçkilərdə qələbəsinə hesablanıb.

Tərcümə- Elçin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri