Icma.az
close
up
RU
Ermənistanda hakimlərin maaşı 12.500 manata çatdırılır Azərbaycanda durum necədir?

Ermənistanda hakimlərin maaşı 12.500 manata çatdırılır Azərbaycanda durum necədir?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistan hökuməti Konstitusiya Məhkəməsi hakimlərinin maaşlarını kəskin şəkildə artırmağı planlaşdırır.

Ədliyyə Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Konstitusiya Məhkəməsi sədrinin maaşı 1 milyon 414 min dram, yəni təxminən 6 264 manat olacaq. Sədr müavininin maaşı 1 milyon 331 min dram, sıravi hakimlərin maaşı isə 1 milyon 248 min dram səviyyəsində müəyyənləşəcək. Qanun layihəsi qəbul olunarsa, əlavə ödənişlərlə birlikdə Ermənistan Konstitusiya Məhkəməsinin sədri aylıq təxminən 12 500 manat gəlir əldə edəcək.

Ədliyyə Nazirliyi bu artımı Konstitusiya Məhkəməsinin “statusu, iş yükü və məsuliyyət səviyyəsi” ilə əsaslandırır. Nazirliyin məqsədi məhkəmə institutunun sabitliyini, funksional effektivliyini və hakimlərin xarici təsirlərdən qorunmasını təmin etməkdir.

Lakin müxalif “Ermənistan” fraksiyasının deputatı Ardzvik Minasyan bu təşəbbüsü kəskin tənqid edərək bildirib ki, bu, sadəcə maaş artımı deyil, siyasi sifarişlərə görə verilən mükafatdır. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti Konstitusiya Məhkəməsini qarşıdakı sülh sazişini təsdiq etməyə hazırlayır. Hüquq müdafiəçisi Artur Sakunts isə müxalifətin bu iddialarını manipulyasiya adlandıraraq vurğulayıb ki, dövlət institutlarının yüksək maaşla təmin olunması normaldır, ancaq digər strateji sahələr, xüsusilə təhsil də diqqətdən kənarda qalmamalıdır.

Azərbaycanda isə hazırda Konstitusiya Məhkəməsi sədrinin baza aylıq maaşı 3 550 manat təşkil edir. Əlavə ödənişlər və vergidən azad olunmalarla birlikdə bu məbləğ 5 544 manatdan 7 026 manatadək arta bilir. Sədr müavininin baza maaşı 3 195 manatdır, ümumi aylıq gəliri təxminən 6 300 manat civarındadır. Digər hakimlərin baza maaşı isə təxminən 3 017 manatdır və əlavə ödənişlərlə aylıq gəlirləri 5 500-ə yaxın olur. Azərbaycanda hakimlər vəzifə maaşının 25 faizi həcmində vergidən azad olunmuş əlavə təminat alırlar. Bundan başqa, hər 5 illik iş stajına görə 15 faizdən başlayaraq maksimum 45 faizə qədər əlavə maaş əlavələri tətbiq olunur. Lakin əvvəllər mövcud olan iki aylıq məzuniyyət və müalicə müavinətləri 2022-ci ildən ləğv edilib.

Beləliklə, əgər Ermənistanın təklif etdiyi maaş artımı qanuniləşsə, Ermənistan Konstitusiya Məhkəməsi hakimlərinin maaşları Azərbaycandan təxminən iki dəfə çox olacaq. Ermənistan sədrinin aylıq gəliri 12 500 manat civarında, Azərbaycanda isə bu rəqəm 7 000 manatdır. Digər hakimlərin də maaş fərqi eyni səviyyədə qalır.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri