Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Ermənistanda hər an nəsə baş verə bilər Paşinyan Kremlin planını pozub

Ermənistanda hər an nəsə baş verə bilər Paşinyan Kremlin planını pozub

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölüm-qalım seçkilərinə bir il qalmış Nikol Paşinyanın təmizləmə əməliyyatında başlayıb.  Baş nazirin sərəncamı ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib. 44 günlük İkinci Qarabağ müharibəsinin sonuncu günü - 8 noyabr 2020-ci ildə milli təhlükəsizlik xidmətinə rəhbər təyin olunan Abazyanın səlahiyyətləri müvəqqəti olaraq MTN direktorunun müavini Andranik Simonyana həvalə olunub.

Nikol Paşinyan hər dəfə təmizləmə işlərinə təhlükəsizlik xidmətindən başlayır, bundan əvvəlki kritik dönəmlərdə də anoloji addımlar atmışdı, hətta özünü mühafizə edənləri də “təpədən-dırnağadək” dəyişmişdi. Ermənistanın baş naziri bilir ki, gələnilki parlament seçkiləri onun üçün həlledicidir. Seçkilərdə uduzarsa, tifağı dağıdılacaq, qanına yerikləyən radikalların hakimiyyəti qəsb etməsi halında həbs qərarı belə onun üçün çox yüngül cəza olaraq seçilə bilər. Paşinyanı hər an qətlə yetirməyə hazır olan, adını “müxalifət” qoyan terrorçular var, üstəlik də Üçkilsədə - Eçmiədzində marıta yatan keşişlər prosesi diqqətlə izləyirlər, hərəkətə keçmək üçün fürsət axtarırlar.

Amma Nikol Paşinyan İkinci Qareginin dəstəsinin də yaxasını əlindən buraxmaq niyyətində olmadığını elə bu gün, 18 iyunda bir daha sübut etdi. Ermənistanın baş naziri ötən həftə ona boy göstərməyə çalışan katalikosun bu posta uyğunsuzluğu barədə sosial şəbəkə hesabında post paylaşıb. Bildirib ki, hər bir subay kahin qurbangahın qarşısında diz çökərək and içir və mərasimin sonunda nəzir mətni imzalanır.

Paşinyan yazıb ki, müqəddəs qurbangah önündə and içən şəxs subay kahinlik andını müqəddəs şəkildə yerinə yetirəcəyinə, Erməni Apostol Müqəddəs Kilsəsinə, Müqəddəs Eçmiədzin ana taxtına xidmət edəcəyinə and içir. Andın davamı da var: “İkincisi, pravoslav atalar tərəfindən bizə verilən doktrinanı qorumaq, onu kilsəmizin ənənəvi inancına uyğun olaraq qorumaq və öyrətmək. Üçüncüsü, ömrünün sonuna qədər Müqəddəs Eçmiədzinin ana rahibində qalmaq, patriarxallıqdan çəkinmə qaydalarına, könüllü yoxsulluğa müqəddəs şəkildə riayət etmək, dini ayıqlıq və itaət, özündən imtina etmək və müqəddəs ataların qoyduğu qaydalar çərçivəsində qalmaq. Dördüncüsü, fəzilətli həyat sürmək və nümunəvi davranış, kilsə ibadətlərini sədaqətlə yerinə yetirmək, monastır nəzirlərinin qaydalarına tam itaətlə əməl etmək, öz mənəvi həyatının inkişafı üçün daim çalışmaq və qabiliyyəti imkan verdiyi qədər özünü elmi, ədəbi və təhsil işlərinə həsr etmək, yəni bütün ermənilərin patriarxının əmrlərinə tabe olmaq, tapşırılan vəzifə və işləri sevgi və zəhmətlə yerinə yetirmək.

“Bu vədlərimin qarantiyası olaraq bu andı imzalayıram”. Subaylıq andının pozulması, subay din xadimindən imtina edilməsi üçün mütləq şərtdir. Çoxlarının əhdin pozulduğunu bildiyi, lakin susduğu vəziyyət Erməni Apostol Müqəddəs Kilsəsinin təməllərini sarsıtmaq üçün birbaşa yoldur”.

Nikol Paşinyan daha sonra niyə məhz indi katalikosun andını pozduğunu açıqlamasına aydınlıq gətirib: “Düzünü deyim ki, uzun müddət şayiələrə, dedi-qodulara inanmırdım, amma indi bunu dəqiq və aydın bildiyim üçün bu barədə susmaq küfr, kilsəmizin təməllərini sarsıdanlarla ortaqlıq olardı. Dindarlıq andını pozanların, bu halda Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin adı) və Samvel Xaçatryanın (arxiyepiskop Arşak Xaçatryanı nəzərdə tutur) faktiki sübut olunmuş hallarda Eçmiədzinə, Müqəddəs Erməni Apostol Kilsəsinə əlləri ilə erməni ziyarətgahlarına toxunmaq hüququ yoxdur”.

Paşinyan əlavə edib ki, hələ Qareginin ağlamalı günləri qabaqdadır: “Yaxın gələcəkdə mən də bu məsələnin üzərində ətraflı dayanacağam”.

Göründüyü kimi, Paşinyan Qareginlə də kifayətlənmir, ona digərlərini də qoşur, məsələn, Xaçatryanı. Rusiyaya bağlı kimlər varsa, hamısının “torbası tikilir”, məqamı çatanda torbanın ağzı çəkiləcək.

Yeri gəlmişkən, Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində cinayət işi başlanıb. “Tashir Group” şirkətinin sahibi Karapetyan saxlanılaraq İstintaq Komitəsinə təhvil verilib. İyunun 18-də, gecə saat 3 radələrində iş adamı Samvel Karapetyan evinin qarşısında saatlarla onu gözləyən tərəfdarlarına “Unutmayın, onlara yaxşı dərs keçin” çağırışını edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu malikanəsindən aparıblar, ardınca da 45 etirazçı saxlanılıb. Saxlanılanların içərisində “Respublika”çı keçmiş deputat Karen Karapetyan və oğlu da olub, “qulaqları burulandan” sonra sərbəst buraxılıblar.

Bütün bunlar bir daha təsdiqləyir ki, Paşinyan onun əleyhinə çıxan, yaxud çıxa biləcək hər kəsin ağzını yummaq tapşırığı verib və dərhal da icra olunur. Xüsusilə də Rusiya ilə bağlantısı olan hər kəs nəzarət altındadır, cızığından çıxanlar dərhal damlanır. Nikol Paşinyan anlayır ki, şirkət rəhbəri olan milyonçu Karapetyan onun hakimiyyətinə təhlükə yarada bilər, yaxud artıq yaradır, ona görə də onun neytrallaşdırılmasına qərar verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu hadisəyə hələ Karapetyan həbs olunmamışdan sərt reaksiya verərək deyib ki, Moskva İrəvanda qəribə bəhanələrlə az qala həbs olunacağı ilə hədələnən Rusiya vətəndaşı Karapetyan ətrafında vəziyyəti diqqətlə izləyir: “Biz ona lazımi yardımı göstərəcəyik ki, onun bütün qanuni hüquqlarına əməl olunsun”.

İrəvanın bir qrup sakini Samvel Karapetyanın axtarış aparılan evinin önünə toplaşması da sanksiyaya təsir göstərməyib. Erməni Apostol Kilsəsinin (AAK) müdafiəsi ilə bağlı çıxış edən Karapetyanın evində axtarışlar aparılıb və çox güman ki, istintaqda hansısa planlar açıqlanacaq.

Bundan əvvəl Paşinyan ona hədə-qorxu gəlməyə çalışan Serj Sərkisyanın, həmçinin Moskvada gizli görüşlər keçirəndən sonra dili uzanan Robert Köçəryanın da köhnə cinayət işlərinin masaya qoyulması, Seyran Ohanyanla bağlı istintaqın başladılmasını, Samvel Şahramanyanın da məsələsinə qayıdılmasını tapşırmışdı və atəş açıla biləcək nöqtələrdə sakitlikdir. Hətta Qareginlə görüşüb, ona dəstəyini ifadə edən Levon Ter-Petrosyan da yoxa çıxıb. Rusiya vətəndaşı olan iş adamının həbsi isə başqa məsələdir. Kremlin məsələyə dərhal reaksiya verməsi ortada hansısa planın olmasına dəlalət edir. Hətta Milli Təhlükəsizlik şefinin belə bir durumda işdən çıxarılması bu qurumun Paşinyana qarşı planları vaxtında de-şifrə edə bilməməsi, yaxud etməməsindən qaynaqlana bilər. Şübhə yoxdur ki, Ermənistan rəhbərliyi Qərbə bağlı kəşfiyyat xidmətinin təlimatları, əldə etdikləri məlumatlar əsasında hərəkət edir. Paşinyanı Qərb kəşfiyyatı qoruyur, hətta Ermənistan kəşfiyyatından və milli təhlükəsizlik xidmətindən də.

Bu, sadəcə Ermənistandakı seçkilər məsələsi deyil. Gələn il Paşinyan komandasının devrilməsi Ermənistanda möhkəmlənməyə çalışan Qərb maraqlarının dəfni demək olar. O halda Avropa İttifaqı, ABŞ ilə imzalanan sənədlər də zibil qutusuna atılacaq. Paşinyanı əvəzləyəcək parlaq fiqur olmadığı üçün Qərb çevrələri hələ də onun üzərində dayanıblar. Rusiya təhlükəsini yaxşı anlayan Nikol Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının Ermənistanda qalacağını və rus ordusunu çıxartmaq niyyətində olmadığını desə də, Moskvada əsl məqsədi yaxşı bilirlər.

Sergey Lavrovun İrəvandakı xəbərdarlıqlarından bir nəticə hasil olmadı, Paşinyan inadından dönmür. İstisna deyil ki, Kreml Paşinyan üçün “B” planını işə salacaq. Rusiyalı iş adamının Ermənistandakı seçkilərdə əsas fiqur, yaxud kassa rolunu oynadığı şübhəsizdir. Rusiyada hesab edirlər ki, Paşinyan planı pozub və cəzalandırılmalıdır! Kremlin qırğılarından olan “Russia Today”in baş redaktoru Marqarita Simonyan Ermənistan hökumətinin Rusiyada yaşayan erməni əsilli oliqarx Samvel Karapetyanın saxlanması ilə bağlı hərəkətlərinə sərt və aşağılayıcı reaksiya verib. “Tamamilə azğınlaşıb. Elə bil ölməzdir. Diqqətli ol, necə deyərlər, sabah bir şeylə – özü də ağzında çox xoşagəlməz bir şeylə – qalmayasan”, Simonyan yazıb.

Ardınca digər “qırğı” teleaparıcı Vladimir Solovyov “Rossiya 1” efirində Paşinyanın ünvanına təhqirlər yağdırıb və Ermənistanın da taleyinin “artsax” kimi olacağını deyib. Ermənistanda hər an nələrsə baş verə bilər... (MUSAVAT.COM)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 İyun 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri