Ermənistanda hərbi prokuror yol qəzasında öldü
Yanvarın 27-də, saat 07:50 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Toyota Camry" markalı minik avtomobili ilə "Avia" markalı yük maşını toqquşub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər hadisə yerində ölüb.
Məlum olub ki, ölən şəxs – “Toyota”nın sürücüsü İrəvan sakini, Tavuş Qarnizonu Hərbi Prokurorluğunda prokuror işləyən 29 yaşlı Şuşan Hodabaşyandır.
Hadisə ilə bağlı Araqatsotn Regional İstintaq İdarəsində cinayət işi başlanıb.
Baxış sayı:71
Mənbə:https://modern.az