Ermənistanda hərbi xidmətə çağırışla bağlı MÜHÜM QƏRAR
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Ermənistan hökuməti "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında" qanuna dəyişikliklər layihəsini təsdiqləyib. Yeni layihəyə əsasən, təhsil almaq məqsədilə möhlət hüququ əldə edən vətəndaşlar üçün hərbi xidmətə çağırış yaşı 32-yə qaldırılacaq.
"Yeni Sabah" Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq layihə hökumətin rəsmi saytında dərc olunub.
Mövcud qanunvericiliyə əsasən, 27 yaşınadək vətəndaşlar təhsil almaq məqsədilə möhlət hüququ ala bilirlər, bir şərtlə ki, təhsildən sonra üç il ərzində hökumətin müəyyən etdiyi sahədə çalışsınlar. Layihənin əsaslandırmasında qeyd olunur ki, xaricdə təhsilin təşkili xüsusiyyətlərinə görə bəzi vətəndaşlar zaman məhdudiyyəti səbəbindən 27 yaşınadək həm təhsili bitirə, həm də tələb olunan üçillik iş müddətini tamamlaya bilmirdilər. Toyuqlu pizza
Bu cür çətinlikləri aradan qaldırmaq və vətəndaşların möhlət hüququndan tam istifadə etmələrini təmin etmək məqsədilə çağırış yaşının 32-yə qaldırılması nəzərdə tutulur./Oxu.az
Baxış sayı:138
Bu xəbər 08 Oktyabr 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















