Icma.az
close
up
RU
Ermənistanda hesabatlılıq qapıları bağlandı ŞƏRH

Ermənistanda hesabatlılıq qapıları bağlandı ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paşinyanın  “inqilabi legitimliyi” dağılır, demokratiyaya qarşı itaət sistemi qurulur


Ermənistanın son dövrlərdə yaşadığı sosial-iqtisadi gərginlik, ölkədə siyasi idarəetməyə və ictimai etimada dair sualları artırmağa davam edir. Baş nazir Nikol Paşinyanın iştirakı ilə parlamentdə keçirilən və mətbuat nümayəndələrinin buraxılmadığı son iclas da bu prosesin bir göstəricisi kimi qiymətləndirilə bilər. “2024-cü il dövlət büdcəsinin icrasına dair” ilkin müzakirələrin ictimaiyyətə qapalı aparılması, hakimiyyətin şəffaflıq və hesabatlılıq prinsipinə nə dərəcədə “sadiq” qaldığını bir daha gündəmə gətirib. Ölkədə inflyasiyanın artması, işsizlik səviyyəsinin yüksəlməsi və sosial xidmətlərə çıxışdakı problemlər cəmiyyətdə narazılığı dərinləşdirir. Bu fonda hökumətin və parlamentin mühüm maliyyə sənədlərinin müzakirəsində medianı və dolayısıyla cəmiyyəti kənarda saxlaması, şəffaflıq prinsipinə zidd olmaqla yanaşı, ictimai etimadı daha da sarsıdır. Ölkədə qərarların qapalı qapılar arxasında qəbul edilməsi, həm siyasi rəqabətin zəifləməsinə, həm də demokratik institutlara olan inamın azalmasına gətirib çıxarır. Bu hadisə təkcə bir iclasla məhdudlaşmır; son illərdə mətbuat üzərində təzyiqlərin artması, siyasi opponentlərə qarşı münasibət və ictimaiyyətin məlumatlandırılmasına yönələn maneələr Ermənistanın demokratiya indeksində geriləməsinə səbəb olur. Hakimiyyətin bu davranışı, həm daxili sabitliyə, həm də beynəlxalq imicinə zərər verir. Belə şəraitdə Ermənistan cəmiyyəti daha açıq, hesabatlı və ictimai nəzarətə açıq idarəetmə modeli tələb edir – əks halda, sosial-iqtisadi gərginliklər siyasi böhranla birləşə bilər.


Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq  Tural İsmayılov da “Sherg.az”a açıqlamasında Ermənistan hökumətinin dövlət büdcəsinin icrasına dair hesabatı mətbuatdan gizli şəkildə müzakirə etməsi Paşinyan iqtidarının demokratik prinsip və şəffaflıq iddialarına zidd olduğunu bildirib: 


“Bu addım ölkədə medianın informasiya əldəetmə hüququna açıq müdaxilədir və ictimaiyyətin hökumətə olan inamını ciddi şəkildə sarsıdır. Onsuz da iqtisadi çətinliklər, inflyasiya və sosial narazılığın artdığı bir şəraitdə hesabatlılıqdan yayınmaq ictimai narazılıqları daha da alovlandıracaq. Ermənistan vətəndaşları hökumətdən şəffaflıq və cavabdehlik gözlədiyi halda, belə bir qapalı müzakirə iqtidarın öz legitimliyinə olan güvənsizliyindən xəbər verir. Paşinyan hökuməti "demokratik" imicini beynəlxalq aləmdə qorumağa çalışsa da, daxildə avtoritar reflekslərlə idarəetməyə üstünlük verir. Hökumətin bu yanaşması xüsusilə də müstəqil medianın və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atılan addımlarla paralellik təşkil edir. Bu, Ermənistanın Qərbə inteqrasiya iddialarını da zəiflədə, onu daha çox regional təcridə və daxili qeyri-sabitliyə sürükləyə bilər. İctimai büdcə müzakirələrinin qapalı keçirilməsi həm hüquqi, həm də etik baxımdan şübhə doğurur və siyasi manipulyasiyaların gizlədilməsi ehtimalını artırır. Ermənistan kimi hələ də institusional baxımdan zəif və sabitlik axtaran bir ölkədə bu cür gizlilik siyasəti uzunmüddətli etimad böhranına gətirib çıxara bilər”.


Politoloqun sözlərinə görə, Paşinyan hökuməti özünü “inqilabi legitimlik”lə bəraət qazandırmağa çalışsa da, artıq bu yanaşma post-inqilabi dövrdə işlək deyil:

 "Cəmiyyət cavabdehlik tələb edir, hökumət isə cavab vermək əvəzinə qapıları bağlayır. Bu, Paşinyanın siyasi kapitallarını tükəndirdiyini və idarəetmədə panik reflekslərin üstünlük təşkil etdiyini göstərir. Ermənistan siyasi elitası, xüsusilə də hazırkı hakimiyyət tənqidi düşüncəni yox, itaəti təşviq edir. Bu isə bütövlükdə siyasi sistemin keyfiyyətini zəiflədir və reform imkanlarını daraldır. Büdcə hesabatının mətbuatdan gizlədilməsi Ermənistanın şəffaflıq üzrə beynəlxalq reytinqlərdə daha da geriləməsinə səbəb ola bilər. Vətəndaşların iqtisadi çətinliklər fonunda belə mühüm proseslərdən xəbərsiz qalması sosial narazılığı kəskinləşdirəcək və hökumətə qarşı passiv etirazdan aktiv müqavimətə keçidi sürətləndirə bilər. Paşinyan hakimiyyətinin bu davranışı onun artıq xalqın maraqlarına deyil, öz siyasi sağ qalımına yönəlik qərarlar verdiyini göstərir. Ermənistan mediası üçün bu siqnal həm də repressiv mərhələnin başladığını xəbər verə bilər.  Bu, həmçinin beynəlxalq tərəfdaşların da Ermənistana olan etimadına xələl gətirəcək. Sonda isə belə addımlar nəinki ölkənin daxilində sosial parçalanmaya, həm də onun regional proseslərdəki mövqeyinin zəifləməsinə səbəb olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 İyun 2025 04:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri