Ermənistanda hindlilər ayağa qalxdı: Bizi silah gücü ilə...
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın İcevan rayonundakı “Grand Textile” fabrikində çalışan 205 hindistanlı işçi avqustun 6-dan etiraz aksiyası keçirir.
Globalinfo.az xəbər verir ki, onlar üç aydır maaşlarının ödənmədiyini bildirirlər.
İşçilər şirkətin direktorunun onları aldatdığını söyləyiblər:
“O, işləməyimizi tələb edir, amma pul vermir. Hindistan səfirliyinə şikayət etdik, amma baxmadılar, polisə də getdik, kömək etmədilər. Maaşlarımızın ödənilməsini və Hindistana qayıtmağı istəyirik. Sahibkarlar bizi silah gücünə işləməyə məcbur edirlər. Ermənilərlə problemimiz yoxdur, amma imkan verin ölkəmizə qayıdaq”.
Məlumata görə, hindlilər işlədiyi fabrikin ərazisində ümumilikdə 41 kamera var, həmçinin əraziyə növbətçi mühafizəçilər də yerləşdirilib. İşçilərin giriş-çıxış vaxtı qrafiklə məhdudlaşdırılır, kənar şəxslər içəri buraxılmır.
Hazırda Hindistanın Ermənistandakı səfirinin fabrikin sahibi Mher Mirzoyanla görüş keçirdiyi və onun işçilərin əməkhaqqını artıracağı deyilir.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 11 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















