Ermənistanda insan alveri ilə məşğul olan əcnəbilər saxlanılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Polis Ermənistanda insan alveri ilə məşğul olan əcnəbiləri saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Kriminal Polis Baş İdarəsinə əcnəbi vətəndaşın Ermənistanda insan alveri ilə məşğul olması barədə məlumat daxil olub. Polislar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən ediblər ki, 30 yaşlı kişi özünü müxtəlif adlarla təqdim edərək həmyerlisi olan qadınları aldadaraq Ermənistana aparıb.
Daha sonra o, qadınların pasportlarını alaraq onları Kotayk vilayətinin Arinc kəndindəki malikanələrdən birinə aparıb və ayrı-ayrı otaqlarda təcrid edib. Daha sonra onların müdafiəsiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və hədələmə yolu ilə onları öz həmvətənləri ilə cinsi əlaqəyə girməyə məcbur edib.
Polislər malikanədə bir qrup şəxsi saxlayıblar. Onların arasında 30 yaşlı kişi və daha bir əcnəbi vətəndaş var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















