Ermənistanda konstitusiya refenrendumunun keçirilməsinə təşəbbüs göstəriləcək
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 2026-cı ilin iyununda parlament seçkiləri keçirildikdən sonra ölkənin yeni konstitusiyasının qəbul edilməsi prosesini başlatmaq niyyətindədir.
Bakıvaxtı.az-ın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə partiyanın qurultayında qəbul edilmiş proqramda deyilir.
"2026-cı ildə növbəti parlament seçkilərində Ermənistan hökuməti xalqa müraciət edərək səlahiyyətlərinin daha 5 il uzadılmasını xahiş edəcək. Seçkilərdə xalqın səsini qazandıqdan sonra partiya ümumxalq referendumu yolu ilə Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi prosesini başladacaq", - proqramda qeyd olunur.
Proqram ümumilikdə, "Real Ermənistan" ideologiyasına və Azərbaycanla qurulmuş sülhə əsaslanan 9 bənddən ibarətdir.
Proqramda nəzərdə tutulub ki, "Vətəndaş Müqaviləsi" partiyası Ermənistanın Avropa İttifaqına daxil olması istiqamətində səylərini gücləndirəcək, tarazlaşdırılmış xarici siyasət həyata keçirəcək.
Bundan əlavə, hakim partiya bütün qonşu ölkələrlə sülh və mehriban qonşuluq münasibətləri qurmağa çalışacağını, sülhün daimi institutlaşdırılması üçün səy göstərəcəyini vəd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















