Icma.az
close
up
RU
“Ermənistanda nə cəmiyyət, nə ordu Azərbaycanla müharibə istəyir” Deputat

“Ermənistanda nə cəmiyyət, nə ordu Azərbaycanla müharibə istəyir” Deputat

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanla Ermənistan arasında sülhü daxilən qəbul etməyən bəzi dairələr bunun maraqlarına zidd olduğunu açıq şəkildə etiraf edə bilmirlər. Ancaq hamımıza məlumdur ki, bu, Rusiya və İrandır. Onlar hər zaman bulanıq suda balıq tutmaq istəyində idilər. Münaqişənin mövcud olması hər ikisinə Ermənistanın və Azərbaycanın siyasətinə müəyyən təsirlər göstərməyə imkan verirdi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov sülh prosesinin inkişafı, bu prosesi pozmaq istəyən qüvvələr barədə danışarkən deyib.

Deputat bildirib ki, son proseslərdən, yəni sülhlə bağlı atılan addımlardan sonra Azərbaycan Rusiya ilə də, İranla da başqa cür danışır və onlar bunu müşahidə edirlər:

“Nikol Paşinyan da Rusiya və İranla artıq fərqli dildə danışır. Bu, təbii ki, onlar üçün heç də ürəkaçan deyil. Ancaq dünyada açıq şəkildə sülhə qarşı çıxmaq mümkün deyil. Ona görə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, “Vaşinqtonda nəsə imzalandı, görək icra olunacaq, ya olunmayacaq”. Bu, bir tərəfdən hədə kimi də qəbul oluna bilər, o mənada ki, baxın hansı hədələrlə üzləşəcəksiniz. Eyni zamanda, Ermənistanı daxildən Paşinyana qarşı qaldırmaq istəyi var. Bunu etməyə çalışırlar.

Digər tərəfdən, razılaşmalarda əsas məqam kimi Tramp yolunun tikintisidir. Burada Vaşinqton bilavasitə iştrak edəcək, İranın və Rusiyanın ən çox istəmədiyi strateji nöqtədə möhkəmlənəcək. İndi nümayəndə heyəti bura gəlib, gözləmək lazımdır proseslər necə inkişaf edəcək, hansı işlər görüləcək. Ancaq hər halda Paşinyan daxildə də çalışır vəziyyəti nəzarətdə saxlasın”.

Deputat əlavə edib ki, Azərbaycanda Rusiyanın siyasətimizə hansısa şəkildə müdaxilə etmək imkanları sıfra bərabərdir: “Biz belə desək, onların əllərini tamamilə kəsmişik. İnanmaq istəyirəm ki, sülh prosesini irəli aparmaq mümkün olacaq. İki ölkə liderləri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Çində “Şanxay plyus” sammiti çərçivəsində işgüzar söhbət apardılar, gərginlik yoxdur, əksinə, həm diplomatlarımız, həm vətəndaş cəmiyyətimiz qarşılıqlı etimadı artırmaq üçün dialoqa qoşulacaqlar. Proses davam edir, üstəlik Baş nazirlərin müavinləri də görüşdülər, nəqliyyyat məsələlərini və sərhədlərin delimitasiyasını müzakirə etdilər. Düşünürəm ki, o maneləri öncədən həm Ermənistanda, həm Azərbaycanda gözləyirdilər, amma adekvat cavab vermək üçün buna da hazırıq”.

R.Musabəyov deyib ki, birmənalı olan budur ki, Ermənistanda nə cəmiyyət, nə ordu Azərbaycanla müharibə istəyir: “Müharibə istəmirsənsə, onda ya soyuq sülh olmalıdır, ya da sülh olmalıdır. Müəyyən mənada münasibətlər nizamlanmalıdır. Ona görə az-çox düşüncəsi olan insan anlayır ki, sülhə alternativ yoxdur.  Bu gün sülhü irəli aparan qüvvə Nikol Paşinyandır. İndi Paşinyanın da dəstəyi nisbətən azalıb, amma onun rəqiblərinin reytinqi ümumiyyətlə 1-2 faiz təşkil edir. Əgər ortaya Paşinyandan daha uğurlu, sülhü irəli aparmaq və Qərbyönümlü siyasət aparan qüvvə çıxsaydı, bəli, Paşinyana rəqib ola bilərdi. Ancaq belə bir qüvvə yoxdur, əsas məsələlər Paşinyana bağlıdır”.

ABŞ tərəfindən razılaşmalarla bağlı həyata keçirilən səfərlərə də toxunan deputat söyləyib ki, bu o deməkdir ki, Birləşmiş Ştatlar həmin sənədlərə çox ciddi yanaşır: “Açığı, Rusiyada da, İranda da düşünürdülər ki, kağızdır imzaladılar, əslində onu bir bəhanə kimi Paşinyan və erməni tərəfi istifadə edəcək ki, dəhlizin bərpası ilə bağlı işləri ləngitsin və s. Amma ABŞ çeviklik nümayiş etdirdi, bu, İranı da, Rusiyanı da xeyli məyus edir. Ancaq nə edə bilərlər? Əllərində rıçaqlar yoxdur”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri