Ermənistanda Nikol Paşinyan seçkilərdə qalib gəlsə, hətta Avrasiya İttifaqından da çıxa bilər
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələri, buna baxmayaraq Avrasiya İqtisadi Birliyi ilə də iqtisadi əməkdaşlığı var.
Məhəmməd Əsədullazadə
“Rusiya konkret olaraq mövqe ortaya qoymaq istəyir. Amma yaxşı bilir ki, artıq Ermənistan Qərbi yönümlü siyasət aparır və Rusiyadan uzaqlaşır. Bu səbəbdən də Rusiya Ermənistanı bir çox məsələlərdə ittiham edir. Amma düşünürəm ki, artıq Ermənistan Rusiyadan uzaqlaşır və uzaqlaşacaq. Ermənistanda Nikol Paşinyan seçkilərdə qalib gələcəksə, hətta Avrasiya İttifaqından da çıxa bilər. Rusiya da Ermənistana təzyiqləri neytrallaşdırır. İndi seçki ərəfəsi Nikol Paşinyan çalışır ki, Rusiya ilə münasibətləri korlanmasın. Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyadadır və görüşlər keçirilir. Bu görüşlərin də hər hansı bir faydası yoxdur. Rusiya təbii ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əleyhinədir”-deyə Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, bu gün Ermənistan uğrunda Rusiya və Avropa rəqabət aparır: “Ermənistan uğrunda Avropa İttifaqı və Rusiya rəqabəti aparır. Rusiyanın daha Ermənistanda ciddi təxribatlara əl atması da mümkün olmayacaq. Çünki erməni xalqı hökumətin yanındadır və bu proseslər nəzarət altındadır”.
Məhəmməd Əsədullazadənin fikrincə, Rusiyanın bütün cəhdləri nəticəsiz qalacaq: “Rusiya daha çox Ukrayna müharibəsinə diqqət edir. ABŞ konkret olaraq Ermənistanın yanındadır. Proses bu istiqamətdə gedir”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 06 Fevral 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















