Ermənistanda oğullarını hərbi xidmətdən yayındıran məmurlarla bağlı çağırış: Lüstrasiya ediləcəklər?
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Ermənistan müdafiə naziri Suren Papikyan respublikanın silahlı qüvvələri sıralarında xidmət etməmələri üçün oğullarını ölkə vətəndaşlığından imtina etməyə məcbur edən məmurları lüstrasiya (səsvermə hüququnun (aktiv və passiv), habelə dövlət işlərinin idarə edilməsində iştirak hüququnun məhdudlaşdırılması şəklində qanunvericilik məhdudiyyətləri - red.) etməyə çağırıb.
Sitat.info-nun TASS-a istinadən xəbərinə görə, bu barədə Papikyan parlamentdə çıxışı zamanı bildirib.
"Hərbi xidmətə çağırış hələ də üzləşdiyimiz problem olaraq qalır. Belə bir hal var ki, Ermənistan vətəndaşı övladının Ermənistan vətəndaşlığından çıxması üçün və silahlı qüvvələrdə xidmət etməməsi üçün hər şeyi edir. Hesab edirəm ki, biz belə davrananları lüstrasiya etməliyik", - deyə Papikyan bildirib.
O qeyd edib ki, bu tədbirin ilk növbədə dövlət idarəçiliyi sistemində çalışanlara aid olması təklifi ilə artıq baş nazirə müraciət edib.
"Fikrimcə, dövlət məmuru nəinki öz övladlarının, hətta yaxın ətrafının övladlarının da Ermənistan Respublikasının vətəndaşlığından imtina etməsinə imkan verməməlidir", - deyə o qeyd edib və belə məmurların adlarının açıqlanacağını da vəd verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 14 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















