Ermənistanda ordunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın müttəfiqi və keçmiş hərbi kəşfiyyat zabiti Artur Avanesyan həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Keçmiş kəşfiyyatçı aprelin 26-da Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilib.
Artur Avanesyan və partiyanın daha 9 üzvü barəsində iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar rüşvət vermək ittihamı ilə cinayət işi açılıb./Teleqraf
Bu mövzuda digər xəbərlər:Ermənistanda keçmiş deputat həbs edildi
14 Avqust 2026 07:54
Ermənistanda keçmiş nazirin oğlu qiyabi həbs edildi
12 İyun 2026 23:01
Ermənistanda keçmiş dövlət məmuru həbs olundu
12 Avqust 2025 11:14
Ermənistanda məmurlar həbs edildi
16 May 2025 05:01
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
28 Oktyabr 2026 14:49
Baxış sayı:186
Bu xəbər 28 Aprel 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















