Icma.az
close
up
RU
Ermənistanda parlament seçkiləri geosiyasi rəqabətin yeni hədəfi

Ermənistanda parlament seçkiləri geosiyasi rəqabətin yeni hədəfi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İyunun 7-də Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ölkədaxili siyasi mübarizə olmaqdan çıxaraq daha geniş geosiyasi maraqların toqquşma nöqtəsinə çevrilir. Çünki seçkilərin nəticəsi ölkənin xarici siyasət prioritetlərini və təhlükəsizlik siyasətini, bütövlükdə gələcək kursunu yenidən formalaşdıra bilər. Bu baxımdan, iyunun 7-si yalnız Ermənistan üçün deyil, bütövlükdə region üçün tarixi-siyasi dönüş nöqtəsi kimi dəyərləndirilir.

Azərbaycan da daxil olmaqla region dövlətləri prosesi diqqətlə izləyirlər. Ölkəmizlə bağlı məsələ aydındır. Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam etmiş münaqişə başa çatıb, silahlar susub, sərhədyanı bölgədə aylardır ki, atəş səsləri eşidilməsir. Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş paraflanıb, faktiki olaraq sülh bərqərar olub. İki ölkə arasında ticarət başlayıb. Bununla belə, hələ qarşıda görüləsi çox iş var. İlk növbədə Ermənistanda referendum keçirilməli, Konstitusiyadan Azərbaycana ərazi iddialarına əsas verən Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır. Bundan sonra sülh sazişinə yekun imzalar atılması üçün hər hansı əngəl qalmır. Bütün bunların baş verməsi üçün Ermənistanda hakim “Mülki müqavilə” partiyasının seçkilərdə yenidən qələbə qazanması, Nikol Paşinyanın yenidən baş nazir seçilməsi zəruridir. Çünki onun seçki prosesindəki əsas rəqibləri – milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası, Robert Koçaryanın “Ermənistan” bloku və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası müharibə tərəfdarıdır. Həmin qüvvələrin Qarabağ hərəkatını tədricən aktivləşdirməyə çalışacağı gözləniləndir. Bu isə indiyədək əldə edilmiş irəliləyişlərin üstündən xətt çəkilməsinə, yeni gərginliyə və müharibəyə səbəb ola bilər.

***

Rusiya üçün rəsmi İrəvanın siyasi istiqaməti strateji tərəfdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Seçkilərdə hansı siyasi qüvvənin qalib gəlməsi Rusiyanın regiondakı mövqeyi və təsir imkanları baxımından mühüm nəticələr doğura bilər. Əgər hazırkı hakimiyyət seçkiləri qazanarsa, Moskva İrəvanla mövcud institusional və təhlükəsizlik əməkdaşlığının davamlılığını daha real hesab edə bilər. Bu ssenari Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində münasibətlərin nisbətən sabit qalması və Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı çərçivəsində iqtisadi əlaqələrin əvvəlki xətt üzrə davam etməsi demək olar. Lakin bir sıra ekspertlər Avropa İttifaqına üzvlük yolu tutmuş Paşinyanın yenidən qalib gəlməsini Rusiyanın Ermənistandakı təsir alətlərinin zəifləməsi kimi qiymətləndirirlər. Eyni zamanda, Ermənistanın xarici siyasətində diversifikasiya cəhdləri Rusiya üçün risk kimi qəbul olunur. Bu halda enerji, ticarət və təhlükəsizlik sahələrində yeni danışıqlar mərhələsi ortaya çıxa bilər. Rusiya üçün ən arzuolunan ssenari tam qopma deyil, balanslaşdırılmış və proqnozlaşdırıla bilən münasibətlər modelinin qorunmasıdır. Seçkilərin nəticəsi Moskvanın regional vasitəçilik roluna da birbaşa təsir göstərə bilər. Buna görə də Kremlin diqqəti yalnız qalib gələn qüvvəyə deyil, həm də onun gələcək siyasi kursunun istiqamətinə yönəlmiş olur.

Avropa İttifaqı və ABŞ isə seçkiləri təkcə daxili siyasi proses kimi deyil, həm də demokratik institutların möhkəmləndirilməsi və islahatların davamlılığı baxımından önəmli mərhələ kimi qiymətləndirirlər. Bu ölkələr seçkilərin şəffaf və ədalətli keçirilməsini siyasi legitimliyin əsas şərti hesab edirlər. Qərb üçün əsas məsələ vətəndaşların iradəsinin azad şəkildə ifadə olunmasıdır. Eyni zamanda, seçki prosesinin beynəlxalq standartlara uyğunluğu diqqətlə izlənir. ATƏT və digər müşahidə missiyalarının hesabatları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı Ermənistanın demokratik institutlarını gücləndirməsini regionda sabitlik amili kimi qiymətləndirir. ABŞ isə bu prosesi daha geniş geosiyasi kontekstdə, yəni Rusiya təsirinin balanslaşdırılması prizmasından da nəzərdən keçirir. Qərb ölkələri üçün seçkilərin nəticəsi siyasi plüralizmin qorunub-qorunmaması ilə birbaşa əlaqəlidir. Əgər proses şəffaf keçərsə, bu, Ermənistanın Qərblə əməkdaşlığını dərinləşdirməsi üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, iqtisadi yardım və investisiya proqramlarının davamlılığı da demokratik inkişafla əlaqələndirilir. Qərb institutları üçün seçkilərin nəticəsi islahatların geri dönməz olub-olmadığını göstərən mühüm siqnaldır. Bununla yanaşı, media azadlığı və vətəndaş cəmiyyətinin rolu da xüsusi diqqət mərkəzindədir. Seçkilərin legitimliyi həm daxili sabitlik, həm də beynəlxalq etimad üçün əsas faktor kimi qəbul olunur. Bu səbəbdən ABŞ və Aİ prosesi yaxından izləyərək siyasi qiymətləndirmələrini ona uyğun formalaşdırırlar. Nəticə etibarilə, bu seçkilər Ermənistanın Qərblə münasibətlərinin gələcək trayektoriyasına da təsir göstərə bilər.

***

Bütövlükdə, 7 iyun seçkiləri Rusiya və Qərb arasında rəqabətin daha bir meydanına çevrilib. Aydın məsələdir ki, Moskva Rusiyayönümlü siyasi qüvvələrin, konkret olaraq, R.Koçaryanın və ya S.Karapeytanın qalib gəlməsinin tərəfdarıdır. Aprelin 1-də Kremldə N.Paşinyanla görüş zamanı Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə demişdi: “Biz çox istərdik ki, bütün siyasi partiyalar, siyasətçilər seçkilər zamanı daxili siyasi proseslərdə iştirak edə bilsinlər. Bəzilərinin azadlıqdan məhrumetmə yerlərində olduğunu bilirəm, baxmayaraq ki, onların Rusiya pasportu var. Bu sizin qərarınızdır, biz qarışmırıq, amma istərdik ki, onlar heç olmasa, daxili siyasi prosesdə iştirak edə bilsinlər”.

Qərb, bir qədər də dəqiqləşdirsək, Aİ buna imkan verməmək üçün hakimiyyətə öz dəstəyini göstərmək istiqamətində konkret addımların atılmasına keçib. Aprelin 21-də Aİ ölkələrinin xarici işlər nazirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərarı təsdiqləyiblər. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirməyə yönələcək və nazirliklərə, eləcə də təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhətlər, həmçinin dəstək verəcək. Bu məsləhətlər informasiya manipulyasiyalarının qarşısının alınması, kiberhücumların aşkarlanması və cavab verilməsi, eləcə də qanunsuz maliyyə axınlarının müəyyən edilməsi kimi sahələri əhatə edəcək. Missiya 2 illik mandatla fəaliyyət göstərəcək və “Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyası” adlanacaq.

Göründüyü kimi, 7 iyun seçkiləri ətrafında mürəkkəb geosiyasi mühit formalaşıb. Bu mühit Ermənistanın daxili siyasi balansını daha da həssas vəziyyətə gətirir. Xarici aktorların artan marağı ölkə daxilindəki siyasi qütbləşməni dərinləşdirə bilər. Bu isə seçki nəticələrinin yalnız səsvermə qutularında deyil, həm də beynəlxalq münasibətlər müstəvisində qiymətləndiriləcəyini göstərir. Eyni zamanda, informasiya məkanında aparılan rəqabət seçki kampaniyasının gedişinə ciddi təsir imkanları yaradır. Cəmiyyət daxilində fərqli xarici istiqamətlərə yönəlmiş siyasi baxışların güclənməsi qərarvermə prosesini daha da çətinləşdirir. Nəticə etibarilə, seçkilər Ermənistanın gələcək siyasi oriyentasiyasını müəyyən edən kritik mərhələyə çevrilir. Bu şəraitdə həm daxili, həm də xarici faktorların qarşılıqlı təsiri seçkinin strateji əhəmiyyətini daha da artırır.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri