Icma.az
close
up
RU
Ermənistanda parlament seçkiləri ölkənin gələcəyini müəyyən edəcək ŞƏRH EDİLDİ

Ermənistanda parlament seçkiləri ölkənin gələcəyini müəyyən edəcək ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Biz bilirik ki, Ermənistanda qarşıdakı il mühüm bir siyasi hadisə — parlament seçkiləri keçiriləcək. Ermənistan parlament respublikası olduğu üçün ölkənin gələcək siyasi istiqamətini bu seçkilər müəyyən edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, Ermənistandakı real vəziyyətə nəzər salsaq, demək olar ki, Nikol Paşinyanın hakimiyyətini davam etdirmək şansı kifayət qədər yüksəkdir: "Çünki onun qarşısında güclü bir müxalifət yoxdur. Son dövrlərdə keçmiş xunta rejiminin nümayəndələri — Robert Koçaryan və Serj Sarkisyan — müəyyən qədər aktivləşiblər. Xüsusilə, Koçaryanın son zamanlar Azərbaycana qarşı nifrət dolu və revanşist bəyanatları diqqət çəkir. Lakin bu, mənim fikrimcə, qısamüddətli və populist bir strategiyadır.

Ermənistanda artıq başa düşüblər ki, Azərbaycanla hərbi və siyasi rəqabət aparmaq, yaxud Qarabağı yenidən işğal etmək mümkün deyil. Bu cür ritorika sadəcə cəmiyyətin radikal və marjinal təbəqələri arasında dəstək tapa bilər. Koçaryanın fikirləri də məhz həmin dar çevrədə müəyyən qarşılıq görür.

Digər tərəfdən, Ermənistanın iqtisadi vəziyyəti hələ də ağırdır. Demoqrafik göstəricilər mənfidir, əhalinin bir hissəsi ölkəni tərk edir. Xüsusilə, Qarabağdan köçən insanlar sosial və iqtisadi çətinliklər səbəbilə Nikol Paşinyan hökumətindən narazıdır. Onların bir hissəsi etiraz səsi kimi Koçaryana səs verə bilər. Eyni zamanda, revanşist düşüncələrə sahib marjinal qruplar da keçmiş rejim nümayəndələrini dəstəkləyə bilərlər.

Bununla belə, hesab edirəm ki, Robert Koçaryanın Nikol Paşinyanı üstələyərək yenidən baş nazir olması ehtimalı çox aşağıdır. Amma bu, o demək deyil ki, Nikol Paşinyan arxayınlaşmalıdır. Çünki o da indiyədək Ermənistan üçün ciddi iqtisadi və sosial inkişaf göstərə bilməyib. Ölkə hələ də xarici donorların maliyyə dəstəyi ilə yaşayır, işsizlik yüksəkdir və əhali arasında ümidsizlik hökm sürür.

Paşinyan vəziyyəti sabitləşdirmək və mövqeyini möhkəmləndirmək üçün sürətli, praqmatik və təsirli addımlar atmalıdır. Xüsusilə, Azərbaycanla “Zəngəzur dəhlizi”nin reallaşması istiqamətində konkret addımlar atmaq vacibdir. Bu, Ermənistanın uzun illərdir üzləşdiyi iqtisadi blokadanın aradan qaldırılmasına və ölkənin mühüm bir tranzit mərkəzinə çevrilməsinə imkan verə bilər.

Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, Gürcüstanla əlaqələrin inkişafı Ermənistan üçün yeni regional imkanlar açacaq. Əgər Paşinyan bu istiqamətdə real irəliləyiş əldə edə bilsə, o zaman Ermənistan cəmiyyəti regionun gələcək perspektivini daha aydın görəcək və revanşist siyasətçilərə olan rəğbətini tamamilə itirəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see245

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see199

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see189

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see166

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see154

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see148

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see146

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see145

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see138

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see132

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see132

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see126

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24 Noyabr 2025 21:12see126

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see124

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see124

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see121

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see118

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri