Icma.az
close
up
RU
Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır Paşinyan

Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır Paşinyan

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Paşinyan bunu Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.

“Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində, nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərin normallaşmasında mühüm və əsas rolunu vurğulayıb: “Aydındır ki, siz də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz”.

Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb.

“Qarabağa gəldikdə isə, biz bunu dəfələrlə, əsasən, işçi formatda müzakirə etmişik. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə iki dəfə publik şəkildə danışdıqdan sonra etdik. Xatırlayırsınız, biz bu barədə dəfələrlə danışmışıq.

Biz KTMT ilə problemlərimizi heç vaxt gizlətməmişik, çünki 2022-ci ildə konkret bir vəziyyəti var idi və KTMT mexanizmləri işləməli idi, amma işləmədi. Bu, əlbəttə ki, KTMT ilə münasibətlərimizdə yaranan vəziyyətə gətirib çıxardı”.

Paşinyan həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümid etdiyini söyləyib.

O əlavə edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlər heç vaxt sual altında olmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Aprel 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri