Ermənistanda Rusiyadan Azərbaycan ərazisi ilə buğda idxalını tarixi hadisə adlandırıblar
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Rusiya buğdasının Azərbaycan ərazisi ilə Gürcüstana, oradan da Ermənistana idxalı tarixi faktdır".
Moderator.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasının İdarə Heyətinin üzvü Ruben Rubinyan brifinqdə bəyan edib.
"Sülh Rusiya buğdasının dəmir yolu ilə Azərbaycan üzərindən Ermənistana idxal olunması deməkdir. Bax sülh elə bu deməkdir. Bu, mübaliğəsiz, tarixi hadisədir. Sonuncu dəfə belə hadisə 1991-1992-ci illərdə olub", - deyə Rubinyan qeyd edib.
Daha əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyadan Ermənistana taxıl daşıyan qatar hazırda Azərbaycan ərazisindən Gürcüstana doğru hərəkət edir.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında bəyan edib ki, Azərbaycan Ermənistana yük tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 05 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















