Icma.az
close
up
RU
Ermənistanda rusiyalı hərbçi ölüb 102 saylı baza bağlana bilər ŞƏRH

Ermənistanda rusiyalı hərbçi ölüb 102 saylı baza bağlana bilər ŞƏRH

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Belə getsə, Ermənistan-Rusiya münasibətləri artan xətt üzrə gərginləşəcək. Ötən gün Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi - 23 yaşlı Aleksey Yampolskin şəhərin Aram Xaçatryan küçəsində evdə elektrik naqili ilə şkafın qapısına asılı vəziyyətdə tapılıb. Ermənistan Tibbi-məhkəmə ekspertizasının ilkin məlumatına görə, əsgərin bədəninə baxış keçirilib və zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı intihar və ya intihara cəhd maddələri üzrə cinayət işi başlanıb.

Hadisə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfərindən bir gün sonra baş verib.

102 saylı hərbi hissə hərbçisinin ölümünü təsadüfi saymaq olar?

Faktın cinayət tərkibi və təfərrüatlarını istintaq müəyyənləşdirəcək. Ancaq məsələnin siyasi tərəfi də yox deyil. Nəzərə almaq lazımdır ki, bu, sözügedən hərbi hissədə qeyri-müəyyən ölümlə bağlı ilk hadisə deyil.

Ötən illərdə rusiyalı əsgərin Gümrüdə cinayət törətməsi hadisəsi də baş verib.

102 saylı hərbi bazada xidmət edən Valeri Permyakov Gümrü şəhərində 2015-ci il yanvarın 12-də bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunurdu. Hadisə yerində 54 yaşlı ailə başçısı Seryoja Avetisyan, onun arvadı, oğlu ilə gəlini və iki uşaq (biri 2 yaşında) meyiti aşkarlanmışdı. Seryoja Avetisyanın 6 aylıq oğlan nəvəsi sağ qalmışdı. Körpə iti alətlə qarın nahiyəsindən yaralanmış və cərrahiyə əməliyyatı ilə sağ qalsa da, sonradan ölmüşdü.

Hadisə yerində "Kalaşnikov" tipli avtomat, 5,45 mm çaplı avtomat patronları, bir ədəd dolu, bir ədəd içində bir güllə qalmış avtomat darağı və üzərində əsgərin ad-soyadı yazılmış bir cüt botinka aşkarlanmışdı.

Axtarışda olan hərbçi 2015-ci il yanvarın 13-də Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanılıb.

Ermənistan məhkəməsi Valeri Permyakovu ömürlük azadlıqdan məhrum etmişdi.

Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum etmişdi. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinmişdi.

Valeri Permyakov cəzasını Rusiyada çəkib. Rəsmi Moskva onun ömürlük cəza çəkəcəyini vəd edib və onun azadlığa buraxılmayacağına zəmanət verib.

Rusiyanın Ermənistandakı hərbi hissəsi ilə bağlı baş verən başqa hadisələr də var. 2019-cu il yanvarın 12-də Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında etiraz aksiyası keçirilmişdi. Təşkilatçı isə Ermənistan Avropa Partiyasının Təşkilat Komitəsinin sədri Tiqran Xzmalyan olub. Aksiya Rusiya hərbçisi tərəfindən öldürülən Avetsyan ailəsinin qətlinin 4-cü ildönümünə, süpürgəçi Cülyetta Qukasyanın qətlə yetirilməsinin 40-cı gününə həsr edilmişdi.

2018-ci il dekabrın 2-də bazanın 23 yaşlı hərbçisi 57 yaşlı süpürgəçi Cülyetta Qukasyana işgəncə verərək qətlə yetirməkdə şübhəli bilinir. Bu hadisə ilə bağlı istintaqı Rusiya Hərbi Prokurorluğunun müstəntiqləri aparıb. C.Qukasyanın hüquqi varisi Rusiya hərbçisinin Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb etmişdi. Aksiya iştirakçıları qatilin bazada gizləndiyini bildirir və oradan çıxarılmasını tələb edirdilər. Ancaq onların tələbinə heç kim məhəl qoymadı. Hətta onda hərbçinin saxlanıldığı yerlə bağlı Ermənistanın Baş Prokurorluğu, habelə ovaxtkı ədliyyə naziri səlahiyyətlərini icra edən Artak Zeynalyan, Milli Təhlükəsizlik Xidmətinin həmin dövrdəki direktoru Artur Vanesyan da susmuşdu. Vanesyanın sonralar rusiyameyilli olduğu da təsdiqləndi.

Bu hadisələr Serj Sarqsyanın prezidentliyi, sonra Nikol Paşinyanın baş nazir olduğu dövrlərdə baş verib.

Bunlar Ermənistan cəmiyyətinin və ölkədəki Rusiya hərbçilərinin bir-birinə münasibətini müəyyənləşdirməyə imkan verir.

Hadisələr deməyə əsas verir ki, Ermənistandakı rusiyalı əsgərlər yerli sakinlərə etinasız yanaşırlar. Bir vaxtlar erməni cəmiyyəti çar Rusiyası, sovet əsgəri və Rusiya Federasiyası hərbçisini xilaskar bilib, ona arxa-dayaq kimi yanaşıb.

Belə görünür, bu səmimi münasibətdə çat baş verib. Nikol Paşinyan və komandası hakimiyyətə gəldikdən sonra 102 saylı hərbi hissə qərbyönlü qüvvələrin hədəfində olub.

Ölkədə “Rusiya işğalçıdır!”, “Rus əsgəri, evinə get!” kimi anti-Rusiya şüarları əsasında aksiyalar keçirilib.

Bu il yanvarın 21-də Ararat Mirzoyanın Moskvada keçirdiyi səmərəli görüşdən beş gün, ABŞ-yə səfərindən 10 gün sonra belə bir hadisə tərəflər üçün sürpriz də sayıla bilər. Rəsmi İrəvan bu səfərlərlə Vaşinqtonla Rusiya arasında balanslı siyasət yürütdüyünü, hər iki dövlətlə xoş münasibət saxladığını göstərməyə çalışıb.

Ancaq Nikol Paşinyan və komandasının Rusiya ilə indiki ənənəvi münasibəti müvəqqəti sayılır. 102 saylı bazanın ölkədən çıxarılması rəsmi İrəvanın başlıca hədəflərindən hesab olunur. Çünki Ermənistan hakimiyyəti hərbi sahədə ABŞ ilə sıx əlaqədədir.

Belə qətl hadisələri Rusiya hərbçilərinə Ermənistanda xidmətin təhlükəli, dözülməz olduğunu çatdırmaq üçün vasitə ola bilər.

Bu, Ermənistanda Permyakovun tökdüyü nahaq qanın qisası da ola bilər. Çünki hadisə həmin qanlı olayın 10-cu ildönümündən bir neçə gün sonra baş verib. Ona görə Aleksey Yampolskin qisas qurbanı da ola bilər.

Adətən belə qarışıq məsələlərdə “ingilis barmağı” axtarırlar. Ancaq “atan kazaklar” ifadəsi də var. Cənubi Qafqazda qarşıdurma yaratmaq üçün ikinci söz birləşməsi daha uyğun görülüb. İndi isə vəziyyət bir qədər fərqlidir. Bununla belə, “atan kazaklar” ehtimalı daha güclüdür. Ola bilsin Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla danışıqları alınmayıb.

Bütün hallarda belə hadisələr Rusiya hərbi bazasının Ermənistandan çıxmasına aparır. Hazırda Federasiyanın xaricdə çox az hərbi bazası fəaliyyət göstərir. Son hadisələr fonunda o, Suriyadakı qoşunlarını çıxarıb. Digər tərəfdən, xarici ölkədə hərbi baza saxlamağa Moskvanın siyasi və maliyyə resurslarının kifayət etmədiyi qənaətinə də gəlmək olar. 102 saylı baza da geri çağırılanlar siyahısına düşə bilər. Ukrayna ilə müharibə üçün əsgər və texnika lazımdır...

Hazırda Rusiyanın MDB ölkələrindəki 30-a yaxın hərbi baza, ayrı-ayrı hərbi obyektlər, sınaq meydançaları, arsenallar, aerodromlar, anbarlar, ayrı-ayrı bölmələr və birləşmələrində 125 min hərbçi xidmət edir.

Gümrüdəki bazanın istismarı ilə bağlı müqavilə 25 il müddətinə bağlanıb. Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedevin 2010-cu ildə Ermənistana səfəri zamanı bu müddət 2044-cü ilə qədər uzadılıb.

Rusiya hərbçiləri Ermənistan-İran sərhəd məntəqəsindən, İrəvanda "Zvartnots" hava limanından çıxırsa, 102 saylı hərbi hissə də Gümrüdən gedə bilər.

Ermənistan ictimaiyyəti rusiyalı hərbçilərin nazına daha 19 il dözəcək? Onsuz da Rusiya hakimiyyəti hərbçilərinin törətdiyi cinayətə görə nə üz istəyir, nə də kompensasiya verir. Aleksey Yampolskinin qətli də bu davranışın nəticəsi ola bilər. Odur ki, Ermənistanla Rusiyanın müzakirə etməsi üçün gündəliyə yeni mövzular çıxır. Permyakovun tökdüyü qan yuyulmamış, Yampolskin asılıb. Elə zənn edilirdi ki, yuxarıda sadaladığımız hadisələr təsadüfdür. Ancaq təsadüf yoxdur...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri