Icma.az
close
up
RU
Ermənistanda Rusiyapərəst qüvvələr hakiməyyətə gələrsə... AÇIQLAMA

Ermənistanda Rusiyapərəst qüvvələr hakiməyyətə gələrsə... AÇIQLAMA

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrəvan Bakı ilə Konstitusiya məsələsində anlaşa bilmir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərti Ermənistan üçün qəbuledilməzdir:

"Onların bu sazişi imzalamaq üçün konkret bir şərti var, bu yanaşmanı bölüşmürük. Biz deyirik ki, sülh artıq mövcuddur, minlərlə məsələ üzrə razılığa gələ bilərik, amma bu məsələ üzrə yox. Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, belə bir problem yoxdur. Burada qarşılıqlı anlaşma yoxdur".

Söhbət Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından gedir. Ermənistan Konstitusiyasında istinad edilən bu ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı haqlı olaraq imzalanacaq sülh sazişinin daha etibarlı və dayanıqlı olması üçün bu məqamın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib.

Ermənistan Baş naziri Nikol Paşinyan gələn il yeni Konstitusiyanın qəbul ediləcəyini açıqlayıb. Hazırda Ermənistan Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın mətni üzərində iş aparır. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan müvafiq istinadın referendumla Konstitusiyadan çıxarılacağını istisna etməyib.

Siyasi şərhçi Abutalıb Səmədov Bakıvaxtı.az-a deyib ki, gələn ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək.

Ekspert vurğulayıb ki, bu seçkilərdə baş nazir Nikol Paşinyanın partiyasını ağır mübarizə gözləyir:

"Çünki Rusiyapərəst qüvvələrin hamısı - kilsə və ənənəvi radikal müxalifət Paşinyana qarşı birləşməyə cəhd edirlər. Hələlik, Serj Sarkisyan istisna olmaqla digər qüvvələr birləşmək barədə razılığa gəliblər, artıq birgə çalışırlar. Paşinyana tutulan əsas iradlardan biri onun Azərbaycanın və Türkiyənin diktəsi ilə hərəkət etməsi, Konstitusiya dəyişikliyinə Bakının diktəsi ilə getməsi ilə bağlıdır. Təbii ki, məsələnin belə təqdim edilməsi seçkiqabağı Paşinyana, onun partiyasına problemlər yarada bilər. Revanşistlər bunu əllərində bayraq edərk hökumətin nüfuzunu azaltmağa, öz tərəfdarlarının sayını artırmağa çalışırlar. Bu səbəbdən daxili auditoriyanı öz tərəfinə çəkmək üçün İrəvan hökumətinin təmsilçiləri bu gün bəyanatlar səsləndirirlər”.

Abutalıb Səmədov, siyasi şərhçi

Müsahibimiz qeyd edib ki. əslində Azərbaycan tərəfi Paşinyanın seçkilərdən qalib çıxmasında maraqlıdır. Dediyinə görə, Rusiyapərəst qüvvələrin seçkiləri udması indiyədək görülən işlərin hamısını pozar, sülh sazişinin imzalanmasını, Konstitusiyanın dəyişdirilməsini, Zəngəzur dəhlizinin açılmasını hardasa mümkünsüz edər. Ona görə də Ermənistanda revanşistlərin hakimiyyətə yiyələnməsi qətiyyən qəbuledilən deyil.

Həmsöhbətimizə görə, Paşinyan hökuməti ona qarşı çıxan qüvvələrin birləşməsinə mane olmaq üçün seçkiləri önə çəkməyi düşünür:

"Ola bilsin, seçkilər bir neçə ay öncəyə çəkilsin. Çünki il ərzində Konstitusiya referendumu da keçirilməlidir. Bu vəziyyətdə biz nə etməliyik? Azərbaycan, Türkiyə və Qərb Paşinyanın qələbəsi üçün nəsə etməlidirmi? Ən azından Rusiya qədər fəallıq göstərmək lazımdır ki, revanşistlərin hakimiyyətə yenidən gəlmək şansları sıfıra düşsün. Başlanan böyük prosesi müsbət sonluqla başa çatdırmaq üçün Paşinyan Ermənistan rəhbərliyində qalmalıdır. Bu səbəbdən Paşinyan və komanda üzvlərinin seçki öncəsi səsləndirdiyi bəzi bəyanatlara anlayışla, səbrlə yanaşmalıyıq".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri