Ermənistanda şəhər meri təyyarədən çıxarkən həbs edildi
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Ararat vilayətinin Masis icmasının başçısı David Ambartsumyan təyyarədən çıxarkən həbs edilib.
Avtosfer.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə onunla eyni təyyarədə uçan dostu, ictimai fəal Narek Malyan bildirib.
Ambartsumyanın olduğu təyyarə axşam saatlarında Moskvadan İrəvana gəlib.
Xatırladaq ki, daha əvvəl İrəvan məhkəməsi Ambartsumyanı 2018-ci ildə etirazçılara qarşı silah işlətməkdə və kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilərək, onu qiyabi olaraq altı il üç ay müddətinə azadlıqdan məhrum etmişdi.
Ambartsumyan gizlənməyə hazırlaşmadığını və İrəvana qayıtmaq niyyətində olduğunu bildirmişdi.
Baxış sayı:89
Bu xəbər 29 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















