Ermənistanda siyasət xırdaçılıqdan yuxarı qalxmayıb Kostanyan
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda siyasət xırdaçılıq və şəxsiyyətlərarası məsələlərin həllindən yüksəyə qalxmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sabiq deputatı Anna Kostanyan “Facebook” hesabında yazıb.
“Mən siyasi arenada ikinci və üçüncü prezidentlərin komandaları arasında “ulduz döyüşləri”ni izlədikcə elə təsəvvür yaranır ki, bu ölkədə birlikdə işləyə biləcəyin kimsə yoxdur. Hər kəs öz yerindədir: Nikol Paşinyan – artıq çoxdan unudulmuş xatirədir, onlar işsizlikdən bir-birilərinin ətini didirlər. Bu nədir? Bu siyasətdir? Bu hansı səviyyədir? Onlar vətəni bu templə xilas etməyə çalışırlar?
Bir şey daha maraqlıdır: bu hal prezidentlərin xoşuna gəlir? Onlar rəqabətin bu cür metodologiyasını və diskursu dəstəkləyirlər? Başa düşürük ki, siz bir-birinizi sevmirsiniz, amma orta hədəfimizi nəzərə alaraq ən azından qarşılıqlı olaraq siyasi həmrəylik göstərə bilərsiniz”, – deyə Kostanyan bildirib.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Fevral 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















