Icma.az
close
up
RU
Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan İstintaq Komitəsi ölkədə terror aktına hazırlıq ittihamı ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını açıqlayıb. Məlumata görə, onlardan silah-sursat, partlayıcı qurğular və rabitə vasitələri götürülüb.

Rəsmi məlumata əsasən, terror aktına hazırlıq, qanunsuz silah dövriyyəsi və partlayıcı maddələrin saxlanılması ilə bağlı genişmiqyaslı istintaq və axtarış tədbirləri həyata keçirilib. Axtarışlar zamanı uzaqdan işə salınan elektrik detonatoru, onun komponentləri, döyüş əl qumbarası, barıt, radioəlaqə vasitələri və digər sübutlar aşkarlanıb.

Saxlanılan şəxslərdən biri barəsində Ermənistan Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci bəndi üzrə – terror aktına hazırlıq ittihamı ilə cinayət təqibinə başlanılıb. Digər saxlanılanların statusu barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, paralel olaraq bu gün səhər saatlarında Ermənistanın müxalif "Daşnaksütyun" (HƏY) Partiyasının üzvlərinin, o cümlədən parlament üzvü Geğam Manukyanın evində də axtarış aparılıb. Hazırda bu axtarışların terror işi ilə əlaqəsi olub-olmadığı açıqlanmır.

İstintaq davam edir. Ermənistan hüquq-mühafizə orqanları əlavə məlumat veriləcəyini bildiriblər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri