Icma.az
close
up
RU
Ermənistanda türk dilində danışdığım üçün döyüldüm... FOTO

Ermənistanda türk dilində danışdığım üçün döyüldüm... FOTO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Ermənistandan Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı 2002-ci il təvəllüdlü Əli İmad ət-Talah Badravinin məhkəmə prosesi başa çatıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Qubadlı Rayon Məhkəməsinin qərarına əsasən, Badravi 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə təqsirini etiraf edən Badravi Ermənistandan Azərbaycana nəyə görə keçmək istədiyini də ifadəsində bildirib:

“Milliyyətcə türkmənəm. 2022-ci ildə Ermənistana getdim. Ermənistanda müxtəlif işlərdə işlədim, fəhləlik, çobanlıq etdim. Amma maaşımı vermədilər. Anamla telefonla danışanda türk dilindən istifadə etdiyim üçün müdir məni döydü. Bu səbəbdən Ermənistandan çıxmaq qərarına gəldim. Araşdırma etdikdən sonra Ermənistanın Azərbaycanla sərhədinin olduğunu öyrəndim. Avtobusla sərhədə yaxın kəndə getdim, daha sonra “Quql məp” tətbiqindən istifadə edərək iki ölkənin sərhədinə yaxınlaşdım. Üç gün meşədə qaldım. Sentyabrın 1-də bir qədər piyada hərəkət etdikdən sonra qarşıma Azərbaycan bayrağı çıxdı. Nəticədə sərhədçilər tərəfindən saxlanıldım”.

Qeyd edək ki, ötən il sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Əli İmad ət-Tallah Badravi saxlanılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Fevral 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri